Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Son 80 ildə 2 mindən çox nüvə silahı partladılıb Təsirləri hələ də dünyada qalır

Son 80 ildə 2 mindən çox nüvə silahı partladılıb Təsirləri hələ də dünyada qalır

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nüvə dövrü 80 il əvvəl ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atması ilə başlayıb və dünyanın siyasi tarazlığını dəyişdirib. Sonrakı onilliklərdə Marşall adalarından Nevada səhrasına qədər uzanan nüvə sınaqları minlərlə insanın həyatına təsir göstərir.


Uşaqlıq xatirələrində qorxu

ABŞ-ın Yuta ştatında böyüyən Meri Dikson 1950-1960-cı illərdə məktəblərdə uşaqlara verilən "əylin və qorunun” təlimatları ilə böyüyən milyonlarla amerikalıdan biri olub. O, sonradan başa düşüb ki, qonşu Nevada ştatında yeni nüvə silahlarının partladıldığı sınaqlar aparılıb. Həmin dövrdə o və ailəsi radiasiya şüalanmasının tez-tez daşındığı külək istiqamətində yaşayıb.

Dikson tiroid xərçənginə tutulduğunu, bacısının lupusdan vəfat etdiyini, digər bacısına isə bağırsaq xərçəngi diaqnozu qoyulduğunu, ailəsinin bir çox üzvündə də müxtəlif xəstəliklərin müşahidə edildiyini deyir. Onun sözlərinə görə, sadəcə beş küçəlik ərazidə 50-dən çox insan xərçəng, autoimmun xəstəliklər, doğuş qüsurları və düşüklərlə mübarizə aparıb.

"Külək istiqamətində yaşayanlar"

CNN-in xəbərinə görə, Nevada sınaq sahəsinə yaxın əyalətlərdə - Arizona, Nevada, Yuta, Oreqon, Vaşinqton və Aydahoda yaşayan və radiasiyaya məruz qalan insanlar sonradan "külək istiqamətində yaşayanlar” kimi tanındılar.

ABŞ ətraf mühitin mühafizəsi agentliyi bildirir ki, radiasiya ilə təmas xərçəng riskini artırır və qəbul edilən doza yüksəldikcə risk də artır.

Nüvə çağının başlanğıcı və yarış

1945-ci ildə Xirosima və Naqaskidə 110 min nəfərin həyatına son qoyan atom bombaları nüvə silahlanma yarışının əsasını qoyub. Soyuq müharibə illərində ABŞ, Sovet İttifaqı, Böyük Britaniya, Fransa və Çin daha güclü nüvə arsenalı yaratmaq uğrunda mübarizə aparıblar.

1945-1996-cı illər arasında 2 mindən çox nüvə sınağı keçirilib. Bu sınaqların hər biri dünya təhlükəsizliyinə həm dəstək verən, həm də təhdid yaradan nüvə caydırıcılığının bir hissəsi olub.

Sınaqlar harada aparılıb?

ABŞ əsasən Nevada və Marşall adalarında, Sovetlər İttifaqı Qazaxıstanda və Arktik okeandakı Novaya Zemlyada, Böyük Britaniya Avstraliyada və Kiritimati adasında, Fransa Əlcəzair və Polineziyada, Çin isə Sincan əyalətindəki Lop Nur səhrasında nüvə partlayışları həyata keçirib.

ABŞ Müdafiə Nazirliyi isə nüvə sınaqlarından təsirlənən insanlarla işləməyə və onların narahatlıqlarını dinləməyə sadiq olduqlarını açıqlayıb.

Hələ də davam edən miras

Nüvə silahlarının Yaponiyada dağıdıcı istifadəsindən 80 il, yerüstü sınaqların ən intensiv dövründən isə onilliklər keçsə də, dünyanın nüvə ilə bağlı hesablaşması hələ də başa çatmayıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see264

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see257

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see253

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see251

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see246

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see239

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see235

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see231

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see222

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see213

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see207

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see202

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see199

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see197

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see197

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see194

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see193

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see186

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri