Son beş mövsümdə “Kəpəz”in ən uğurlu startı
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycanın üçqat çempionu “Kəpəz” PFK son 5 mövsümdə ən uğurlu starta məhz cari çempionatda nail olub. Belə ki, “sarı-göylər” Premyer Liqaya qayıtdıqdan sonra, yəni 2022/23 mövsümündən bəri ən yüksək göstəricilərə imza atıblar.
İdman.Biz xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv yarışda iki qələbə və bir heç-heçə sayəsində yeddi xal toplayıb və yeddinci pillədə qərarlaşıb. Son beş çempionatın ilk altı turunda Gəncə təmsilçisi maksimum dörd xal toplamağı bacarmışdı. Bu müddət ərzində bir qayda olaraq autsayderlər arasında yer alan komanda hətta 10 klubun iştirak etdiyi yarışda doqquzuncu pillədən yuxarı qalxa bilməyib.
Həmçinin “Kəpəz”in müdafiə xətti bu mövsüm etibarlı təsir bağışlayır. “Sarı-göylər” hazırda davam edən çempionatın ilk beş görüşündə cəmi yeddi qol buraxıblar. Halbuki əvvəlki dörd çempionatın startında adətən böyük hesablı məğlubiyyətlərə düçar olan komanda 17, 19 dəfə topu qapısından çıxarmalı olub. Təbii ki, Azər Məmmədovun yetirmələrinin əvvəlki illərlə müqayisədə belə uğurlu çıxışının əsas səbəblərindən biri doğma meydança amili və Gəncə Şəhər Stadionunun tribunalarını dolduran sadiq azarkeş ordusudur.
2022/23 mövsümü
I tur: “Kəpəz” - “Zirə” 1:2
II tur: “Neftçi” - “Kəpəz” 5:2
III tur: “Kəpəz” - “Qəbələ” 0:3
IV tur: “Səbail” - “Kəpəz” 4:1
V tur: “Kəpəz” - “Qarabağ” 0:1
VI tur: “Turan Tovuz” - “Kəpəz” 2:0
10. “Kəpəz” 6 0 0 6 4-17 0
2023/24 mövsümü
I tur: “Kəpəz” - “Neftçi” 1:0
II tur: “Zirə” - “Kəpəz” 1:0
III tur: “Kəpəz” - “Turan Tovuz” 0:2
IV tur: “Qarabağ” - “Kəpəz” 1:1
V tur: “Kəpəz” - “Araz-Naxçıvan” 1:2
VI tur: “Kəpəz” - “Səbail” 0:3
9. “Kəpəz” 6 1 1 4 3-9 4
2024/25 mövsümü
I tur: “Sumqayıt” - “Kəpəz” 2:0
II tur: “Qarabağ” - “Kəpəz” 3:0
III tur: “Kəpəz” - “Turan Tovuz” 0:3
IV tur: “Səbail” - “Kəpəz” 4:0
V tur: “Kəpəz” - “Sabah” 2:3
VI tur: “Araz-Naxçıvan” - “Kəpəz” 1:0
10. “Kəpəz” 6 0 0 6 2-16 0
2025/26 mövsümü
I tur: "Sumqayıt” - “Kəpəz” 3:0
II tur: “Kəpəz” - “Karvan-Yevlax” 2:3
III tur: “Zirə” - “Kəpəz” 5:0
IV tur: “Kəpəz” - “Araz-Naxçıvan” 0:2
V tur: “Qəbələ” - “Kəpəz” 3:0
VI tur: “Turan Tovuz” - “Kəpəz” 3:0
12. “Kəpəz” 6 0 0 6 2-19 0
2026/27 mövsümü
I tur: "Sabah” - “Kəpəz” 2:0
II tur: “Qarabağ” - “Kəpəz” – matç təxirə salınıb
III tur: “Kəpəz” - “Turan Tovuz” 1:0
IV tur: “Kəpəz” - “Şamaxı” 1:4
V tur: “Kəpəz” - “Qəbələ” 1:0
VI tur: “Kəpəz” - “Sumqayıt” 1:1
7. “Kəpəz” 5 2 1 2 4-7 7
Baxış sayı:100
Bu xəbər 26 Sentyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















