Icma.az
close
up
RU
Son çempion ardıcıl 3 cü qələbəsini qazandı

Son çempion ardıcıl 3 cü qələbəsini qazandı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Braziliya çempionatında aprelin 18-19-da 12-ci turun oyunları keçirildi. Qeydə alınan nəticələrdən sonra liderlər qrupunda qismən dəyişikliklər baş verdi.

Əvvəlki turun “Korintians” ilə qolsuz sona çatan derbi duelində 5 oyunluq qələbə seriyası qırılan “Palmeyras” lider mövqeyini itirməmişdi. Son mövsümün gümüş mükafatçısı bu dəfə evdə “Atletiko Paranaense”dən maksimum xal aldı. Müdafiəçi Qustavo Qomesin 15-ci dəqiqədə vurduğu qol san paululuların ilk hissəni öndə başa vurmasını təmin etdi. Amma digər mərkəz müdafiəçisi Sekueyra ev sahiblərini çətinə saldı: onun 47-ci dəqiqədə növbəti xəbərdarlıq alması qalan vaxtda “Palmeyras”ın on nəfərlə mübarizə aparmasına səbəb oldu. Abel Ferreyranın komandası çətinliklə də olsa, qələbə hesabını və liderliyini qorudu.
“Palmeyras” hesabat turu ərəfəsində əsas izləyicilərini 6 xal qabaqlayırdı. Tura hərəyə 20 xal toplamaqla 2-5-ci yerləri bölüşməklə başlayan komandalar fərqli nəticələr göstərdilər. Onlardan ikisi bir-birinə qarşı oynadı. Topların fərqinə əsasən 2-ci yerdə olan “Flamenqo” 5-ci yerdəki “Bayya” ilə evdə qarşılaşdı. De Arraskaeta ilə Paketanın qolları son çempionun inamlı qələbəsini təmin etdi. Leonardo Jardimin rəhbərliyi altında keçirdiyi 8 oyunda hesabına 19 xal yazan “Flamenqo” mövqeyini qorudu. Ehiyatda bir oyunu olan son çempion ardıcıl 3-cü qələbə ilə liderdən yenə 6 xal geri qalır. “Bayya” uduzsa da, 5-ci pillədəki yerini itirmədi.
Tura 3-cü yerdə başlayan “San Paulu” azarkeşlərini yenə məyus etdi. Rojer Maşadonun komandası “Vasku da Qama” ilə səfər oyununa erkən qolla başlasa da, son dəqiqələrdə buraxdığı iki topla məğlub oldu. Argentinalı Ernan Krespo ilə yolların ayrılmasından sonra komandada yaşanan eniş davam edir. Son 6 oyunda hesabına yalnız 4 xal yazmaqla liderlikdən tədricən aşağıya enən “üçrənglilər” indi 4-cü pillədədi. Onları turnir cədvəlində “Fluminense” qabaqladı. Rio de janeyrolular səfərdə “Santos”u 3:2 hesabıyla məğlub etdilər. Luis Subeldiyanın komandası ikioyunluq qələbəsizliyə son qoyaraq 3-cü yerə çıxdı.
Ötən mövsümün bürünc mükafatçısı olan “Kruzeyro”da baş məşqçi dəyişikliyi tədricən müsbət effekt verir. Titenin yerini tutan Artur Jorje ardıcıl ikinci qələbəni qazandı. Mövsümün ilk 10 oyununda hesabına 7 xal yaza bilən “Kruzeyro” autsayderlər qrupunu tərk edərək 17-ci yerdən 16-ya yüksəldi.
12-ci tur
Palmeyras - Atletiko Paranaense 1:0
Q.Qomes, 15.
Flamenqo - Bayya 2:0
De Arraskaeta, 17. Paketa, 80.
Vasku da Qama - San Paulu 2:1
X.Rodriges, 73-p. K.Qomes, 88 – Lusiano, 10.
Santos - Fluminense 2:3
Qabriel Barboza, 9. Barreal, 57 - Savarino, 24. Kastilyo, 60. Kennedi, 86.
Şapekoense - Botafoqo RJ 1:4
Marsinyo, 45+3 – Edenilson, 10; 20. Martins, 14; 80.
Vitoriya - Korintians 0:0
Kruzeyro - Qremio 2:0
Kristian, 51. L.Romero, 66.
İnternasyonal - Mirassol 1:2
Alan Patrik, 90+3 – Lukas Oliveyra, 22. Andre Luis, 45.
Koritiba - Atletiko Mineyro 2:0
B.Lopes, 7. Pedro Roşa, 58.
Braqantino - Remo 4:2
Pitta, 19; 37. Tçamba, 47-öz qapısına; 51-öz qapısına – Talyari, 28. Marselinyo, 39.
1. Palmeyras 12 9 2 1 22-10 29
2. Flamenqo 11 7 2 2 20-10 23
3. Fluminense 12 7 2 3 21-15 23
4. San Paulu 12 6 2 4 16-11 20
5. Bayya 11 6 2 3 15-12 20
6. Atletiko Paranaense 12 6 1 5 17-14 19
7. Koritiba 12 5 4 3 15-12 19
8. Braqantino 12 5 2 5 15-14 17
9. Botafoqo RJ 11 5 1 5 22-22 16
10. Vasku da Qama 12 4 4 4 18-18 16
11. Vitoriya 11 4 3 4 11-14 15
12. Atletiko Mineyro 12 4 2 6 14-15 14
13. Qremio 12 3 4 5 14-16 13
14. İnternasyonal 12 3 4 5 10-12 13
15. Santos 12 3 4 5 16-19 13
16. Kruzeyro 12 3 4 5 16-21 13
17. Korintians 12 2 6 4 8-11 12
18. Mirassol 11 2 3 6 13-17 9
19. Remo 12 1 5 6 13-22 8
20. Şapekoense 11 1 5 5 11-22 8
Bombardirlər: Vinisius (Qremio) - 7, Kalyeri (San Paulu), Danilo (Botafoqo RJ), Viveros (Atletiko Paranaense) - 6.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri