SON DƏQİQƏ: Daha bir şəxs Azərbaycana ekstradisiya edildi KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Rusiya Federasiyası Baş Prokurorluğu, Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında, 7 oktyabr 2002-ci il tarixli Mülki, Ailə və Cinayət İşləri üzrə Hüquqi Yardım və Hüquqi Münasibətlər haqqında Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Əkbər Tariyel oğlu Xəlilovun ekstradisiyası barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, Əkbər Xəlilovun Qaradağ Rayon Polis İdarəsi tərəfindən ilkin istintaqı aparılan cinayət işi üzrə ittiham irəli sürülməsi qərarına əsasən beynəlxalq axtarışa verilib.
Bu işin ilkin istintaqı Qaradağ Rayon Polis İdarəsi tərəfindən aparılır. Çünki Əkbər Xəlilovun əvvəllər əlbir olan bir qrup şəxsin tərkibində vəzifəsindən istifadə edərək təkrar dələduzluq cinayəti törətməsi ilə bağlı əsaslı şübhələr var.
Əkbər Xəlilov Rusiya Federasiyasında saxlanılıb və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi müşayiəti altında Azərbaycan Respublikasına gətirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 17 Noyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















