SON DƏQİQƏ! Əzizağa Səmədov Qurban Qurbanovun yolda maşınını saxlatdı FOTO
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ" futbol klubunun 14 yaşlı fanatı "Qarabağ" "Neftçi" oyununu izləmək üçün Amerikadan Bakıya gəlib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 14 yaşlı Əzizağa Səmədov ABŞ-ın San Fransisko şəhərində ailəsi ilə birlikdə yaşayır.
Onlar 10 il əvvəl Amerikaya köçsələr də, Əzizağa "Qarabağ"ın fəal fanatlarından biridir.
O, ötən gün baş tutan "Qarabağ" "Neftçi" oyununu izləmək üçün Amerikadan Bakıya gəlib.
Əzizağa Səmədov klubun futbolçuları ilə şəkil çəkdirib, forma imzalatdırsa da baş məşqçi Qurban Qurbanovla görüşə bilməyib.
Təsadüfü hadisə Əzizağanı sevindirib.
Baş məşqçi oyundan sonra tıxaca düşüb. Əzizağa Səmədov onu tıxacda saxlayaraq şəkil çəkdirib.
Həmin fotoları təqdim edirik:
Baxış sayı:137
Bu xəbər 02 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















