Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

İranda Bakıya görə müharibə başladı İrəvan və Ankara birləşir

İranda Bakıya görə müharibə başladı İrəvan və Ankara birləşir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranda Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı davam edir. Belə ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bu istiqamətdə ardıcıl neqativ fikirlər səsləndirib. Məsələn, o iddia edib ki, Zəngəzur dəhlizinin məqsədi yalnız İranı şimal istiqamətindən təcrid etmək yox, eyni zamanda Rusiyanı cənubdan mühasirəyə almaqdır. Prezident Məsud Pezeşkian isə dəhlizin açılamasının Tehran üçün sanksiyalardan çıxış yolu ola biləcəyini vurğulayıb. Paralel olaraq, Tehranın Ermənistanla bağlı narahatlığı diqqət çəkir. Düşünülür ki, Zəngəzur dəhlizinin açılması İrəvanı itirmək deməkdir, çünki Ermənistan İranla Avropa arasında bağlantı rolunu oynayır.

İranın Zəngəzur dəhlizi ilə bağlı son günlər ortaya qoyduğu mövqe nəyi dəyişdirəcək? Prosesə mane olmaq potensialı qalıbmı? Tehranın elan etdiyi “qırmızı xətt” tapdandımı?

Globalinfo.az məsələ ilə bağlı politoloq Oqtay Qasımovla müsahibə edib.

– İranın Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyduğu mövqe nəyi dəyişdirəcək?

– Bu, destruktiv mövqedir və bölgədə sabitliyə xidmət etmir, süni gərginlik yaratmaq cəhdidir. İranın burada iki əsas məqsədi var. Birincisi, dəhlizin Ermənistandan keçməsinə mane olmaqdır. İkincisi, koridorun İran ərazisindən keçməsini təmin edərək, Çini Avropaya bağlayacaq orta dəhlizdə yer almaq, habelə bu yol vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiq rıçaqları əldə etməkdir. Tehran bu addımlarla öz geosiyasi, geostrateji və geoiqtisadi maraqlarını təmin etməyə çalışır. Bu dəhlizdən keçəcək avtonəqliyyat vasitələri və qatarların yük həcmini nəzərə alaraq, hər il tranzit keçidlərindən təxminən 350-400 milyon dollar gəlir əldə edilməsi gözlənilir. İran həm maliyyə, həm də iqtisadi maraqlarını təmin etmək istəyir.

– Tehran Zəngəzur dəhlizinin açılmasında rəsmi Bakını niyə ittiham edir?

– Burada əsas səbəb İranın Azərbaycanın güclənməsini istəməməsi və bunu özünə bir təhdid kimi görməsidir. İranın keçmiş xarici işlər naziri və hazırda dini liderin müşaviri olan Ələkbər Vilayəti son iki həftədə bir neçə dəfə açıqlamalar verib. O, Zəngəzur dəhlizinin açılmasının həm İranın, həm də Ermənistanın maraqlarına zidd olduğunu bildirib. Vilayəti bunu böyük güclərin layihəsi və bəzi “pantürkist dairələrin” planı kimi təqdim edir. İran bu dəhlizin açılması ilə Türkiyənin Cənubi Qafqazda, xüsusilə Azərbaycanla və Orta Asiya ilə əlaqələrini gücləndirəcəyini düşünür və bunu öz maraqlarına zidd hesab edir. Buna görə də, Tehran bu prosesi əngəlləməyə çalışır.

– İranın buna gücü yetəcəkmi?

– Bu məsələdə Tehran ciddi problemlərlə qarşılaşa bilər. Çünki Zəngəzur dəhlizinin açılmasında Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan hakimiyyəti də maraqlıdır. Dünən Ermənistan Prezidenti keçirdiyi görüşdə bu dəhlizin ölkəsi üçün faydalı olacağını bildirib. Əgər Ermənistan müstəqil şəkildə qərar verə biləcəksə, o zaman Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın edə biləcəyi heç bir şey yoxdur. Tehranın “Zəngəzur dəhlizi açılarsa, mühasirəyə düşəcək” iddiaları isə manipulyasiya və əsassız fikirlərdir. İranın Avropaya ən rahat yolu Türkiyə üzərindən keçir. Bu səbəbdən İranın iddiaları qəbul edilə bilməz.

Həmçinin oxuyun:

Ermənistanla bağlı iddia İranı qorxuya saldı – Bakıdan Xameneinin müşavirini həyəcanlandıran PLAN

Oqtay Qasımov

– Zəngəzur dəhlizinin reallaşması üçün İranın mane olmaq potensialı qalırmı?

– İranın Azərbaycana qarşı konkret mövqeyi və güclənməsini istəməməsi Zəngəzur dəhlizinin açılmasında maneə yaratmasının əsas səbəbidir. Vilayəti Azərbaycana qarşı düşmən münasibəti olan şəxslərdən biridir və 1992-ci ildə yazılmış İranın xarici siyasət konsepsiyasının müəllifidir. Orada açıq şəkildə qeyd olunur ki, Azərbaycanın mövcudluğu, İran İslam Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yaradır, buna görə də güclənməsinə imkan vermək olmaz və şimaldan gələn təhdidləri İranın daxilində deyil, Azərbaycan ərazisində qarşılamaq lazımdır. Ölkəmizdə separatçı qurumlar və terrorçu qruplaşmaların yaradılması cəhdləri də Tehranın uzun müddət apardığı siyasətin nəticəsidir və bu, münasibətlərimizə zərər vurub. İran Ermənistana dəstək verərək, ərazilərimizin 30 il müddətində işğalda qalmasına şərait yaradan əsas ölkələrdən biridir. Bu siyasətin əsas ideya müəlliflərindən biri də həmin Vilayətidir. O, İranla qonşu dövlətlərdə proksi qüvvələr yaradaraq müqavimət oxu qurmaq istəyirdi. Lakin bu ox artıq darmadağın edilib. “Hizbullah”, HƏMAS və İraqdakı qüvvələr Suriyada Əsəd rejimi ilə birlikdə ciddi şəkildə zəiflədilib və sıradan çıxarılıb. Bu siyasətin nəticələri 12 günlük İsrail-İran müharibəsində də özünü göstərdi. Bu savaşda ciddi şəkildə zərbə alan İran hələ də qələbə qazandığını iddia edir. Ən maraqlı və unikal məqam isə bu müharibədə bunkerdə gizlənənlərin arasında Xamenei ilə yanaşı, Vilayətinin də olmasıdır. İndi isə onlar bunkerdən çıxıb, savaş dövründə meydanda olan Prezident Məsud Pezeşkian və digər dövlət rəsmilərini tənqid edir, onlara təzyiq göstərirlər. Bu vəziyyət, İranın paradoksal siyasətini bir daha üzə çıxarır.

– Tehranın elan etdiyi “qırmızı xətt” tapdandımı?

– İranın “qırmızı xətt” məsələsi manipulyasiyadır. Digər tərəfdən, İran Zəngəzur üzərindəki yolu min illik kimi təqdim edir və guya bu, Ermənistanla İranı birləşdirir. Lakin nəzərə alsaq ki, Ermənistan 34 ildir müstəqildir və iki ölkəni birləşdirən yolun tarixçəsi yalnız 45 ildir, bu iddiaların əsası yoxdur. Mehridən İrəvana gedən yol 1980-ci ildə istifadəyə verilib. Beləliklə, bütün bunların yalan məlumatlara əsaslanan manipulyasiya olduğunu deyə bilərik.

– Ermənistanın artıq İranın himayəsinə ehtiyac duymaması və Bakı ilə vasitəçi olmadan anlaşmalarını necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin həm əhəmiyyətini, həm də ölkə üçün vacibliyini dərk edərək qərarını verməlidir. Lakin görünür, bu qərarın qəbulunda hələ çətinlik çəkirlər. Əgər Ermənistanda keçiriləcək seçkilərdə hazırkı rəhbərlik qalib gələrsə, bu, dəhlizin açılması prosesini sürətləndirə bilər. Bununla yanaşı, Qərbdə, xüsusən də ABŞ və digər aparıcı güclər Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu, heç də İranın istədiyi deyil.

– Zəngəzur dəhlizinin açılması məsələsinin ən optimal həlli necə olmalıdır?

– Düşünürəm ki, Azərbaycanın təklif etdiyi kimi Bakı və İrəvan arasında ikitərəfli formatda müzakirələr aparılmalı və həll tapılmalıdır. Burada üçüncü tərəflərə ehtiyac yoxdur. Kənar müdaxilə yalnız prosesi əngəlləyir.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri