SON DƏQİQƏ! Lisey və gimnaziyalara qəbulun nəticələri AÇIQLANDI
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib. Şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platforması üzərindən “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Qəbul olan şagirdlər üçün sorğular mərhələli şəkildə yaradılır. Hər bir şagird şəxsi kabinetində “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.
Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib.
Qəbul olan şagirdlərin sənədlərinin (şəxsi işlərinin) 2 sentyabr saat 16:00-dək qəbul olduqları təhsil müəssisəsinə təqdim edilməsi tələb edilir.
Bu gündən başlayaraq qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək. Əlavə sual yaranarsa, 146-2 ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















