Icma.az
close
up
RU
SON DƏQİQƏ! Pentaqon hazırlıqlara BAŞLADI “İrana ağır zərbələr endiriləcək”

SON DƏQİQƏ! Pentaqon hazırlıqlara BAŞLADI “İrana ağır zərbələr endiriləcək”

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün gələcək addımları müzakirə edib. Görüşdə Vitse-prezident Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər.
Telekanalın məlumatına görə, Pentaqon ABŞ Prezidentinin İrana qarşı hərbi əməliyyatların bərpasına qərar verəcəyi halda, bir neçə mümkün zərbə planı hazırlayıb.
CNN bildirir ki, potensial hədəflər siyahısına İranın enerji obyektləri və mühüm infrastruktur qurğuları daxildir.
ABŞ Prezidenti Donald Tramp da İrana xəbərdarlıq edib ki, yaxın vaxtlarda sülh sazişi əldə olunmasa, bu ölkə üçün "çox ağır günlər" başlayacaq. Trampın İrana bu xəbərdarlığı fonunda Qərb və İsrail KİV-ləri müharibəyə hazırlıqların davam etdiyini yazır.
Əməliyyatlar yenidən başlayacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, İranla ABŞ arasında əməliyyatların yenidən alovlanması ehtimalı azdır:
“Yaxın Şərqdə təəssüf ki, gərginlik qalmaqda davam edir. Hər iki tərəf sülhdən danışsa da, heç biri ortaq məxrəcə gələ bilmir. Dünya hər iki tərəfdən sülhə töhfə vermələrini gözləyir”.
Deputat Elşad Musayev isə düşünür ki, İran razılaşmasa, yaxın zamanda hərbi əməliyyatlar yenidən alovlanacaq:
“ABŞ atəşkəs elan etsə də görünən odur ki, o hələ istəyinə çatmayıb. İran isə Hörmüz boğazı, nüvə texnologiyası və zənginləşmiş uranla bağlı məsələlərdə geri çəkilməyəcəyini bildirir. Belədə, İran ətraf bölgələri də təzyiq altında saxlayır. Bütün hallarda ABŞ öz sifətini qoruyub saxlamalıdır. Tramp da bunun üçün çalışır.
Bir sözlə, Tehran ABŞ ilə razılığa gəlməsə, Trampın onu yenidən vurmaqdan başqa digər əlacı qalmayacaq. Deməli, Pentaqon hərbi əməliyyatların bərpası qərarını verməli olacaq. Düzdür, seçki öncəsi olduğundan belə variant Trampa sərf etmir. Amma mövcud vəziyyətdə Trampın seçkiyə getməsi də ona uğur gətirməyəcək. Bu baxımdan düşünürəm ki, Tehran razılığa gəlməsə, ABŞ yaxın müddətdə hərbi əməliyyatları bərpa edəcək. Nəticədə İranın müxtəlif infrastrukturlarına ağır zərbələr endiriləcək”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 May 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri