Icma.az
close
up
RU
SON DƏQİQƏ: Rusiya Ukrayna sülh sazişi bu şəhərlərdən birində imzalanacaq KONKRET

SON DƏQİQƏ: Rusiya Ukrayna sülh sazişi bu şəhərlərdən birində imzalanacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Son zamanlar Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması üçün İstanbulun danışıqlar mərkəzinə çevrilməsi sevindirici haldır. Qardaş ölkənin ən böyük şəhərlərindən birinin belə əhəmiyyətli prosesə ev sahibliyi etməsi bizləri də qürurlandırır.

Əvvəlki görüşlərdə, təəssüf ki, ciddi irəliləyişlər əldə olunmadı. Xüsusilə, Rusiya Prezidenti Vladimir Putinin özü deyil, nümayəndə heyəti ilə təmsil olunması müəyyən xəyal qırıqlığı yaratdı. Lakin son günlərdə Prezident Ərdoğanın verdiyi açıqlamalar və dördtərəfli görüş təklifi müəyyən ümidlər doğurur. Buna baxmayaraq, yaxın vaxtda əsaslı irəliləyişlərin əldə olunacağı real görünmür”.

Bu fikirləri siyasi analitik Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında səsləndirib:

Cavanşir Abbaslı

İstanbulda mütəmadi olaraq Rusiya-Ukrayn müharibəsinin dayandırılması məqsədilə təşkil olunan görüşlər heç şübhəsiz, sülhə doğru atılan ciddi addımlardan biri kimi qiymətləndirilə bilər. İndiyədək bir neçə dəfə əsir mübadiləsi həyata keçirilib və ehtimal ki, bu görüşdə də eyni prosesin şahidi olacağıq. Lakin atəşkəslə bağlı konkret nəticələrdən danışmaq hələ tezdir.
Rusiya-Ukrayna müharibəsinin hələ bir müddət davam edəcəyini düşünürəm. Son aylarda Rusiya cəbhədə müəyyən üstünlüklər qazanıb və Vladimir Putin bu mövqeyini itirmək niyyətində deyil. Xatırlayırsınızsa, birinci İstanbul görüşündən əvvəl Rusiya tərəfi bəzi tələb və şərtlər irəli sürmüşdü. Həmin tələblər isə Ukrayna üçün qəbuledilməz idi. Onsuz da müharibə həmin şərtlərin qəbul edilməməsi səbəbilə başlamışdı. Fikrimcə, 2 iyun tarixində keçirilməsi planlaşdırılan növbəti görüşdə də Rusiya yenidən həmin tələblərin yerinə yetirilməsi mövqeyində dayanacaq, Ukrayna isə bunları qəbul etməyəcək”.

Dördlü danışıqlar məsələsinə gəlincə, ən yaxşı halda yenə də Ərdoğan-Zelenski görüşünün baş tutacağını düşünürəm:

“Vladimir Putinin bu mərhələdə İstanbula gələcəyi inandırıcı görünmür. Əgər Putin iştirak etməsə, ABŞ Prezidenti Donald Trampın da gəlməsi ehtimalı az olacaq Belə görünür ki, bu kimi diplomatik təşəbbüslər davam edəcək və inanıram ki, sonda ya İstanbulda, ya da Ankarada Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair razılaşma imzalanacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri