SON DƏQİQƏ: Sumqayıtda güclü partlayış KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıt şəhərində bayram şənliyi faciə ilə nəticələnib. Novruz bayramı münasibətilə təşkil olunan mərasimdə qəfildən baş verən güclü partlayış ərazidə böyük təşvişə səbəb olub.
Sumqayıt şəhərində bayram şənliyi faciə ilə nəticələnib. Novruz bayramı münasibətilə təşkil olunan mərasimdə qəfildən baş verən güclü partlayış ərazidə böyük təşvişə səbəb olub.
hadisə şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində, sakinlərin bayram tonqalı ətrafına toplandığı vaxt qeydə alınıb. Şahidlərin sözlərinə görə, tonqal alovlanan zaman daxildə naməlum kütlənin partlaması nəticəsində alov və qəlpələr ətrafa yayılıb.
Hadisə nəticəsində tonqal ətrafında olan sakinlərdən bir neçəsinin xəsarət aldığı bildirilir. Yaralılar dərhal əraziyə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti və xəsarətlərinin dərəcəsi barədə hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə briqadaları, polis əməkdaşları cəlb olunub. Partlayışın dəqiq səbəbləri və tonqala hər hansı partlayıcı maddənin atılıb-atılmadığı araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 21 Mart 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















