Paşinyan istefaya gedəcəyini açıqladı
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından və ratifikasiyasından sonra vəzifəsindən getməyə hazır olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı müxalifət nümayəndələrinin suallarını cavablandırarkən danışıb.
Baş nazir istefasını tələb edən müxalifət qüvvələrinə təklif irəli sürüb. Onun sözlərinə görə, yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşlar sənədin əleyhinə səs verərlərsə, dərhal istefa verəcək.
Referendumda yeni Konstitusiya dəstəklənərsə, Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası, eləcə də sülh gündəliyinin digər müddəalarının həyata keçirilməsindən sonra postunu tərk edəcəyini bildirib.
“Hər iki halda gedəcəyəm. Söhbət şəxsən məndən gedir. Bundan sonra siyasi proseslərin necə davam edəcəyinə xalq qərar verəcək”, – deyə Paşinyan vurğulayıb.
O, referendumda Ermənistan vətəndaşlarının böyük əksəriyyətinin yeni Konstitusiyanı dəstəkləyəcəyinə əminliyini ifadə edib.
Baş nazir, həmçinin Ermənistanın NATO-ya üzvlüyünün gündəmdə olmadığını bildirib.
“Bizim siyasətimizdə NATO-ya üzvlüklə bağlı qərar yoxdur”, – deyə Paşinyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 18 Noyabr 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















