Ağ Evdə varis savaşı: Tramp Vensin əvəzinə kimi hazırlayır?
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vens münasibətdə getdikcə daha çox narazılıq nümayiş etdirir. Bunun əksinə olaraq, dövlət katibi Marko Rubionun fəaliyyətini yüksək qiymətləndirən Tramp onu gələcək prezidentliyə potensial namizəd kimi görür. Bu vəziyyət 2028-ci il prezident seçkiləri ərəfəsində Respublikaçılar Partiyası daxilində mümkün güc dəyişikliyi ilə bağlı müzakirələri gücləndirib.
Moderator.az xəbər verir ki, “The New York Times” nəşrinin məlumatına görə, Tramp ilə Vens arasındakı münasibətlər vitse-prezidentin Respublikaçıların aralıq seçkilərdə mümkün məğlubiyyətini İrana qarşı hərbi kampaniya ilə əlaqələndirməsindən sonra daha da gərginləşib.
Mənbələrin bildirdiyinə görə, Tramp xüsusilə Vensin İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarını kifayət qədər qətiyyətlə müdafiə etməməsindən narazıdır. Prezident vitse-prezidentin siyasi nəticələrdən asılı olmayaraq bu qərarın düzgünlüyünü əsaslandıracağını gözləyirdi.
Tramp narazılığını qapalı görüşlərdə də gizlətmir. O, administrasiya rəsmiləri və siyasi müttəfiqləri ilə söhbətlərində Vensin mövqeyindən məyus olduğunu dəfələrlə bildirib. Prezident vitse-prezidentin açıqlamalarını şərh edərkən onun hərbi əməliyyatları daha qətiyyətlə müdafiə etməli olduğunu da vurğulayıb.
Venslə münasibətlərin soyuması fonunda Trampın Marko Rubionu daha çox önə çıxarması diqqət çəkir. Nəşrin məlumatına görə, prezident şəxsi söhbətlərində dövlət katibini ən yüksək siyasi vəzifəyə iddialı ola biləcək güclü siyasətçi kimi xarakterizə edir.
Rubionun mövqeyini gücləndirən əsas amillərdən biri onun İrana qarşı hərbi əməliyyatları ardıcıl şəkildə dəstəkləməsidir. Dövlət katibi zərbələrin ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olduğunu dəfələrlə bəyan edib.
Qeyd edək ki, həm Vens, həm də Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının mümkün namizədləri sırasında göstərilir. Rubio 2016-cı ildə də partiyanın ilkin seçkilərində iştirak edib və həmin vaxt Donald Trampla rəqabət aparıb. Lakin sonradan onun siyasi müttəfiqinə çevrilib.
Bununla belə, Trampın Rubionu tərifləməsi hələlik onun vitse-prezidenti rəsmi varis kimi müəyyənləşdirdiyi anlamına gəlmir. 2028-ci il seçkilərində Respublikaçıların namizədi partiyadaxili siyasi mübarizənin nəticəsində müəyyənləşəcək.
Baxış sayı:57
Bu xəbər 18 Noyabr 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















