Icma.az
close
up
RU
Son dövrlərdə zombiləşdirilmə prosesi aparılır

Son dövrlərdə zombiləşdirilmə prosesi aparılır

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Belə bir dilemma normal insanlar üçün mövcud deyil. Biz əgər normal insanlardan danışırıqsa onlar üçün yaradılan təbiətin, sosial mahiyyətin, psixoloji mənəvi, ruhi vəziyyətinin təməl prinsipləri var, onların başında isə ailə dayanır. Ailədən üstün heç bir dəyər yoxdur, olada bilməz. İnsan həyatında iş və kariyera fəaliyyətinin mövzusudur. Hər hansı bir işdə, sahədə fəaliyyət göstərmək, özünün ehtiyaclarını təmin etmək, cəmiyyətə fayda vermək ideyalarını həyata keçirmək olar. Bunlar ailəyə heç bir maneə törətmir və törədədə bilməz, əgər belə bir hal baş verərsə bundan imtina olunmalıdır". Bu sözləri Sağlam Cəmiyyət Hərakatının rəhbəri Elçin Bayramlı SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, anormal adamlara gəldikdə isə onlar üçün heç bir dəyər yoxdur: "Yalnız maddi dəyərlər üzərində qurulmuş bir varlıq formasıdır. Bu barədə danışmağa dəyməz, çünki onlar üçün prinsip, qayda, sosial məsuliyyəti yoxdur. Sadəcə şəxsi maraq və məqsədləri üçün çalışan, eqoist və narsist insanlar ola bilər. Normal insanlar üçün heç bir problem yoxdur, onlar həmişə öz ailəsini qoruyub saxlayıb, işlərinidə ona uyğunlaşdırır. Məsələn, sovet dövründə ailələrdə qadın və kişidə ictimai fəaliyyətlə məşğul idilər. Buna baxmayaraq heç bir problem yox idi. Yəni ailə və iş öz yerində idi və heç vaxt bir-birinə maneə olmurdular. Nə vaxtsa maneə olanda isə o işi ya təxirə salırdılar, yada ki dəyişirdilər. Bu ən sadə və insani prinsipdir. Normal insan həyatda bir- birinə qarşı deyil, paralleldir. Bu xətlər qırırlarsa, o zaman sosial mühit, cəmiyyət dağılır, heç bir dəyər qalmır. Yalnız eqoist fərdlərdən ibarət, heç bir dəyərə malik olmayan məxluqlar formalaşır. İnsan isə tamamilə ruhi, mənəvi varlıqdır, yalnız ət və sümükdən, eqoist maraqlardan ibarət deyil, onun üçün ən yüksək mənəvi dəyər ailədir".

Sosioloq həmçinin qeyd edib ki, normal adam üçün ailə heç bir şeyə qurban verilə bilməz: "Son dövrlərdə onlar üçün heç bir dəyəri olmayan zombilər formalaşır. Əgər heç bir dəyər yoxdursa o zaman yalnız bioloji canlı bir növ kimi formalaşa bilər. Sadəcə karyerası və işi üçün özünün ambisiyalarını, eqosunu təmin etmək üçün mübarizə aparıb, hər şeyi buna qurban verirsə normal sayıla bilməz. İstər psixoloji ədəbiyyatda, istərsə də sosiologiyada, tarix və insanın inkişaf mərhələlərinə, yəni hansı tərəfdən yanaşsaq bu mümkün deyil. Normal insanı keyfiyyətlər baza prinsipləridir və bu əsasda da inkişaf etməlidir. Son dövrlərdə başqa bir tendensiyalar ortaya buraxılaraq zombiləşdirmə prosesləri aparılır. Həmçinin gənclərə sadəcə öz kariyeraları uğrunda mübarizə aparmaq aşılanır. Ailə, dəyər yox yalnız özünüzün gəliri üçün çalışın, lakin bu insan forması deyil. İnsan cəmiyyəti min ildir ki yaşayır, bacardığı və imkan çatdığı qədər ailə sisteminə uyğun işlərini qurur. Hər kəsin öz mənəvi, sosial öhdəlikləri var və onları yerinə yetirməlidir, işini isə ona uyğun qurmalıdır. Digər keyfiyyətlər isə qeyri mənəvi, əxlaqi tendensiyalardır, bunun sonu isə insanın zombiləşdirilməsidir. Ancaq ət kütləsindən ibarət olan eqoist varlığa çevrilməsidir. Başqa cür yanaşmalar insan cəmiyyətinə təhqir, milli-mənəvi dəyərləri çökdürməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Yanvar 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri