Icma.az
close
up
RU
Son iki ildə BDU Kimya fakültəsinin qəbul balı artıb

Son iki ildə BDU Kimya fakültəsinin qəbul balı artıb

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son iki ildəBakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə maksimal qəbul balı artıb. Belə ki, 2024/2025-ci tədris ilində Kimya fakültəsinin “Kimya mühəndisliyi” ixtisasında maksimum bal 654,3, “Kimya müəllimliyi” ixtisasında isə 579,9 bal olub.

Gununsesi.info xəbər verir ki, ötən dərs ilində bu rəqəmlər 584,6 və 572,1 bal təşkil edib. 2024/2025-ci tədris ilində Kimya fakültəsinə qəbul olan 88 nəfər 500-dən çox bal toplayıb.

Fakültənin alimləri tərəfindən 2024-cü ildə üç dərs vəsaiti və bir monoqrafiya işıq üzü görüb. Həmçinin, 223 məqalə (bunlardan 124-ü indekslənmiş jurnallarda), 384 tezis və 205 beynəlxalq konfrans materialı dərc edilib. Fakültə alimləri elmi nəticələrinə görə 1 patent alıb. Fakültənin 10 əməkdaşının Hirş indeksi 10-dan yuxarıdır.

Ötən il Kimya fakültəsinin alimləri İbrahim Məmmədov, Farid Nağıyev və Xamməd Əsədov tərəfindən Türkiyə Elm və Texnika Komitəsinin (TÜBİTAK) qrantı çərçivəsində “Çoxəvəzli heterotsiklik karkasların qurulmasında üzvi kataliz” (“Organocatalysis Towards the Construction of Highly Substituted Heterocyclic Frameworks”) adlı yeni bir tədqiqat layihəsi başlanıb.

Fakültənin 2 əməkdaşı ötən il Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olub. Bunlar “Sənaye kimyası” elmi-tədqiqat laboratoriyasının (ETL) müdiri Ələkbər Hüseynzadənin “Monokristalların rentgen difraksiya metodu ilə tədqiqi”, ETL-in kiçik elmi işçisi Əlibala Əliyevin “Süni ürək qapağı təbəqələrinin dizaynı üçün yeni kompozit materialın sintezi” adlı qrant layihələridir.

Fakültənin elmi fəaliyyətində seminar və konfranslar da mühüm yer tutur. Ötən il fakültədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Kimya və kimya texnologiyası” adlı Respublika elmi konfransı keçirilib. Bununla yanaşı, 29 elmi seminar təşkil olunub. İl ərzində elmi tədqiqat işlərinə 37 tələbə cəlb edilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri