Icma.az
close
up
RU
Son illərdə elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması genişmiqyaslı islahatlar səviyyəsinə çatıb

Son illərdə elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması genişmiqyaslı islahatlar səviyyəsinə çatıb

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elmi inkişaf yalnız bir sahənin deyil, bütövlükdə cəmiyyətin tərəqqisinin əsas hərəkətverici qüvvəsidir. Dövlətimizin başçısının fikirlərində elmi irsə hörmət, intellektual potensialın qorunması və müasir innovasiyaların tətbiqi məsələləri vahid bir konseptual yanaşma çərçivəsində təqdim olunub. Elmə dövlət səviyyəsində verilən önəmin məqsədi aydındır, bilik və texnologiya əsrində Azərbaycan rəqabətqabiliyyətli və intellektual gücə əsaslanan inkişaf modelinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı ölkəmizin siyasi, sosial-iqtisadi, elmi və ideoloji gündəliyini formalaşdıran mühüm çağırış idi. Əslində, bu, həm görülən nəhəng işlərin hesabatı, həm də gələcək hədəflərin istiqamətləri idi. Prezident İlham Əliyevin çıxışı ölkəmizdə elmin strateji inkişafına, alimlərin fəaliyyətinə və dövlət-elm münasibətlərinin gələcək istiqamətlərinə dair mühüm mesajlarla yadda qalıb. Dövlətimizin başçısının fikirlərində elmin milli güc amili kimi dəyərləndirilməsi, elm adamlarına göstərilən etimad və dəstəyin davamlı olması dövlət siyasətinin təməl prinsiplərindən biri kimi təqdim olunub. AMEA-nın yaranması və fəaliyyəti milli intellektual ənənənin təməl daşlarından biridir. Ötən dövr ərzində akademiya elmin təşkilatlanmasında, yeni istiqamətlərin formalaşdırılmasında və elmi məktəblərin yaradılmasında mühüm rol oynayıb. Müstəqillik dövründə isə bu ənənə yeni keyfiyyət mərhələsinə yüksəlib, dövlət tərəfindən elmi tədqiqatlara ayrılan maliyyə resursları artırılıb, institutların fəaliyyət mexanizmləri yenilənib, gənc alimlərin dəstəklənməsi prioritet istiqamət kimi müəyyən edilib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminə və alimlərinə göstərdiyi qayğı Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanmışdır. 1970-ci illərdə Ümummilli Liderin təşəbbüsü ilə Akademiyanın fəaliyyəti təkmilləşdirilmiş, yeni elmi-tədqiqat institutları yaradılmış, elmi infrastruktur gücləndirilmişdir. Həmin dövrdə elmin maddi bazasının möhkəmləndirilməsi və gənclərin ali təhsilə yönəldilməsi istiqamətində atılan addımlar bu gün də ölkənin intellektual inkişafının təməlini təşkil edir. O illərdə yüz minlərlə gəncin ittifaqın aparıcı ali məktəblərində təhsil alması Azərbaycanın elmi potensialının formalaşmasında dönüş nöqtəsi olmuşdur.

Son illərdə elmi fəaliyyətin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlar genişmiqyaslı islahatlar səviyyəsinə çatıb. Elmə ayrılan dövlət vəsaitinin iki dəfədən çox artırılması, elmi müəssisələrin modernləşdirilməsi və elmi infrastrukturun yenilənməsi bu istiqamətdə aparılan siyasətin sistemliliyini nümayiş etdirir. Akademiyanın maddi-texniki bazasının yenilənməsi, Milli Ensiklopediya binasının və yeni kitabxanaların inşası, laboratoriyaların müasir texnologiyalarla təchiz olunması elmin praktiki nəticəliliyini artıran amillərdəndir.

Azərbaycan elmi, eləcə də ümumilikdə cəmiyyətin həyatı on il əvvəl torpaq itkisi, xalqımızın yaşadığı faciələrin acı xatirələri ilə bağlı vəziyyətin təzyiqi altında idi. Ermənistan işğalı amili hər bir təşəbbüsün üzərinə kölgə salırdı – hətta biz bu barədə danışmasaq belə, həmin narahatçılıq həmişə hiss olunurdu. Hazırda isə 2025-ci ildir. Və biz tamamilə başqa reallıqda yaşayırıq. Prezidentin AMEA-da çıxışı zamanı dediyi kimi, “ çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir”. Bu Qələbə xalqımızın birliyinin, elmi düşüncə və strateji planlaşdırmanın nəticəsidir. Azərbaycanın tam və mütləq Qələbəsi təkcə hərbi üstünlük deyil, həm də milli iradənin, idarəçilik intellektinin və texnoloji tərəqqinin nəticəsidir. Son beş ildə həyata keçirilən bərpa və quruculuq işləri bu Qələbənin davamı olaraq elmin və texnologiyanın tətbiqi ilə yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyev, həmçinin hərbi sənayenin inkişafından danışaraq vurğulayıb ki, artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Son illərdə yatırılan investisiyalar nəticəsində Azərbaycan bir sıra ölkələrə hərbi təyinatlı məhsullar ixrac etməyə başlayıb. Bu, milli müdafiə sənayesinin güclənməsi ilə yanaşı, ölkənin texnoloji potensialının da göstəricisidir. Özəl sektorun sözügedən sahəyə cəlb olunması innovativ yanaşmanı və rəqabət mühitini daha da artıracaq.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərir ki, elm və intellektual potensial ölkənin gələcək yüksəlişinin mühüm dayaqlarıdır. Elmi fəaliyyətə verilən dəyər, alimlərə göstərilən qayğı və yaradılan şərait dövlətin strateji məqsədlərinə xidmət edir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see206

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see193

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see159

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see122

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see121

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri