Icma.az
close
up
RU
Son illərin ƏN QƏDDAR avtoriteti HƏSƏNOV kimdir? Azərbaycanlı “oğrular”ın dostu imiş

Son illərin ƏN QƏDDAR avtoriteti HƏSƏNOV kimdir? Azərbaycanlı “oğrular”ın dostu imiş

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Sverdlovsk vilayətinə “nəzarət" edən, son illərin ən qəddar kriminal avteriteti kimi tanınan Marsel Həsənovun işi üzrə məhkəmə prosesi başlayıb.

Marsel Həsənov cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur

Sverdlovsk vilayət məhkəməsi Marsel Həsənovun işi üzrə istintaq materiallarını əsas götürərək işə baxmağa başlayıb. O, cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda və digər cinayətlərdə ittiham olunur.

Marsel Həsənov (“Marsel Mahaçkalinski”) kimdir?

Marsel Həsənov

Əvvəlcə Marsel Həsənovun kim olduğuna nəzər salaq. O, kriminal avtoritet, daha çox “Marsel Mahaçkalinski” və ya “Mars” ləqəbləri ilə tanınır. Marsel Həsənov 3 sentyabr 1990-cı ildə Dağıstanın Kumux kəndində anadan olub.

Yaşayışı və kriminal fəaliyyətinin formalaşması

2010-cu ildə (təxminən 20 yaşında) Kumux kəndindən Dağıstana məxsus Dərbənd rayon məhkəməsi tərəfindən quldurluq ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.

2016-cı ildə azadlığa buraxıldıqdan sonra Yekaterinburqa köçüb. 2019-cu ildə silah saxlama ittihamı ilə şərti cəza alıb.

Marsel Həsənov

Heç ara vermədən gəldiyi kriminal mövqelər

Həbs müddətində “birodyaga” (zəngin müdafiəçi və nüfuzlu dustaq) statusu qazanıb və kriminal aləmdə kassaların idarə edilməsi, borc yığımı və qeyri-rəsmi bizneslə məşğul olduğu bildirilir. Onun Yekaterinburqun kriminal sferasının Cənubi Rusiya (Çeçen) təmsilçiləri ilə əlaqədə olduğu, həmçinin azərbaycanlı avtoritetlərlə bağlı olduğu də qeyd olunur.

Marsel Həsənov

“Şakro Molodoy”un Marsel Həsənovla bağlı təyinatı

Hazırda rəsmi istintaqın məlumatına görə, onu vilayət üzrə "nəzarətçi" vəzifəsinə kriminal avtoritetlər Zaxari Kalaşov (Şakro Molodoy) və Badri Koquaşvili (Badri Kutaiski) təyin ediblər. Hazırkı ittihamı ilə isə bağlı o gülərək danışır: «Özümüz də gülürük: iki dost mübahisə etdi, bundan bizim düşmənlərimiz istifadə etdilər və hər şeyi ortaya qoydular».

Marsel Həsənovun keçmişi: 2016-cı ildən kriminal nüfuzun formalaşması

İttiham aktına əsasən, prokuror bildirib ki, Marsel Həsənov 2016-cı ildən əvvəl, 7 il müddətinə quldurluq cinayətinə görə, həbsdə olarkən kriminal aləmin yüksək nüfuzlularının sırasına qoşulub. Prokuror qeyd edib ki, Həsənov qətiyyətli, ünsiyyətcil, israrlı olub və "qüsursuz kriminal reputasiya və mübahisəedilməz avtoritet" titulunu qazanıb.

2024-cü ildə "qanuni oğru"lar tərəfindən təyin olunan "nəzarətçi"

İstintaqın məlumatına görə, 2024-cü ilin sentyabr ayında "qanuni oğru"lar Zaxari Kalaşov (Şakro Molodoy) və Badri Koquaşvili (Badri Kutaiski) onu Sverdlovsk vilayəti üzrə "nəzarətçi" təyin ediblər.

İttihama görə, Marsel Həsənov "obşak"ı (cinayət kassasını) idarə edib, onun doldurulmasına (o cümlədən kriminal yolla əldə olunan pullar vasitəsilə) nəzarət edib, pulların bölüşdürülməsini həyata keçirib, bölgədə kriminal davranışları təbliğ edib, cinayətkar qruplaşmalar arasında münaqişələrin həllində iştirak edib və regionda kriminal fəaliyyətə nəzarət edib.

Həbsdə olarkən münaqişələrin həllində iştirak

Prokuror qeyd edib ki, 14 oktyabr 2024-cü ildə Marsel Həsənov Moskvada istintaq təcridxanasında saxlanılan Quliyev və İsmayılov arasında baş vermiş mübahisəni həll etməyə kömək edib. İstintaqın versiyasına görə, o, digər dustaqlar vasitəsilə onlara göstərişlər göndərib və münaqişənin dərinləşməsinin qarşısını alıb.

İttihama əsasən, aprel ayında Həsənov artıq cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunaraq istintaq təcridxanasında saxlanılarkən Penitensiar Xidmətin əməkdaşını təhqir edib və ona hədə-qorxu gəlib. Bu zaman o, əməkdaşın şərəf və ləyaqətini alçaldıb.

Marsel Həsənov bu epizod üzrə təqsirini qismən etiraf edib. Onun sözlərinə görə, o zaman zəhərlənmiş vəziyyətdə olub, iki həftə ərzində 20 kiloqram çəki itirib və dediklərini anlamayıb.

Sverdlovsk vilayəti üzrə Penitensiar Xidmət isə bu məlumatı təkzib edib və onun qidalanmasının norma çərçivəsində olduğunu, zəhərlənmə faktının isə qeydə alınmadığını bildirib.

Saxlanma və əlavə ittihamlar

Marsel Həsənov 2025-ci ilin fevralında Yekaterinburqda saxlanılıb. O, cinayət iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunur. Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, onun evində axtarış zamanı avtomat silah aşkar edilib.

Həbs qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclasında Marsel Həsənov bildirib ki, saxlanılması iki ildir davam edən polis orqanlarının təşkil olunmuş cinayətkarlıqla mübarizə idarəsi əməkdaşları ilə münaqişəyə bağlıdır. Bundan başqa da ona ağır ittihamlar irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:359
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 İyun 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri