Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Son mesajına atasından cavab gözləyən şəhid qızı

Son mesajına atasından cavab gözləyən şəhid qızı

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müharibənin üzünü, onun fəsadlarını, vahimə içində yaşayan insanları, torpağı qoruyan oğulların hamısını Ağdamda gördüm. İşğalına iyirmicə gün qalmış olan Ağdamda. Bu haqda kifayət qədər danışmışam, amma üstündən 32 il keçsə də, düşmən ağ bayraq qaldıraraq Ağdamı təhvil versə də, artıq orada Azərbaycan bayrağı dalğalansa da, ilk dəfə gördüklərlərimi yaddaşımdan silə bilmirəm. Vətən müharibəsinin qəhrəmanları bizə azad Qarabağı qaytarmaqla yanaşı, özlərindən sonra çox ağır bir mövzu qoydu  qələm əhli üçün. Ağır da olsa, yazmağa borcluyuq. Təki Vətən, bizlər yaşayaq deyə, Tanrının onlara bəxş etdiyi həyatı fəda edənlərdən necə yazmayasan? Axı yarımçıq qalan hər ömrün arxasında isə nələr var, nələr...

Bu gün haqqında danışmaq istədiyimiz qəhrəman hərbçi olub. Özü də anasının istəyilə bu yolu tutan və sonunda Vətən uğrunda şəhid olmaq eşqilə yaşayan hərbçi. Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində artilleriya ixtisası üzrə ali hərbi təhsil alıb. Məktəbi bitirəndən sonra ona yaxşı iş təklif olunsa da: "Vətənin bu günündə mən bir hərbçi olaraq yalnız öz torpağımda olmalıyam" deyərək, geri qayıdıb. I Qarabağ savaşında düşmənə dağ çəkən bu Vətən oğlunun başına yüksək məbləğdə pul mükafatı qoyulsa da, "Kobra" ləqəbli polkovnik-leytenant Xeyrulla İbrahimov 20 il Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət etdi. Vətən Müharibəsində 4-cü Ordu Korpusunun Artilleriya rəisi təyi edilib. 2020-ci il oktyabr ayının 26-da Xocəvənd rayonunun Qırmızı Bazar istiqamətində Zoğalbulaq kəndi istiqamətindəki yüksəklikdə şəhid olub və düşmən sevincək halda bu xəbəri öz mətbuatında yayaraq bildirib: "Nəhayət ki, Kobranı məhv etdik". Bizim üçün  onlar cismən olmasalar da, həmişəyaşardırlar. Şəhid  qəhrəmanın qızı Ləman İbrahimlinin xatirələrini oxucularımızla bölüşmək istədik.

- Anamı itirəndən sonra elə bir boşluqda idik ki, oradan çıxmağa nə gücümüz qaldı, nə də taqətimiz. Atam mənim üçün dünyanın ən güclü insanı idi. Amma onun göz yaşlarını görəndə anladım ki, ən güclü insanın belə, zəif nöqtəsi mütləq olur. O zaman atam anama ithafən şeirin ilk misrasında belə yazmışdı: "Bir ölüyəm, gəzirəm torpaqda sənsiz". İndi mən bir ruh kimi gəzirəm torpaqda onlarsız. Hər gecə ard-arda ana-atasını itirən biri kimi yuxuya gedib və bunun qorxulu kabus olduğuna özünü inandırmaq hissilə səhər oyanmağın adı varmı görən? Beş ildir bu hissi yaşaya-yaşaya qalmışam.

Atam haqqında artıq həyatda olmayan biri kimi danışmağı qəbul edə bilmirəm, çünki bu yoxluqla barışmaq lazımdır. Bununla barışmağa isə ömrüm yetməz. Bəlkə atam hərbçi olmasa idi, yəqin onun fərqli xüsusiyyətləri olardı. Lakin o, 14 yaşından hərbi nizamnamənin qayda-qanunları ilə böyüməyə başlayıb. Hədsiz dəqiq insan idi. Onun əvvəlcədən düşünülməyən, götür-qoy etmədiyi, plansız görülən bir işi olmayıb. Bir dəftərçəsi vardı, orada gündəlik gördüyü işlərin hesabatını yazardı. Güclü yaddaş sahibi idi. Rejimə mütləq qaydada riayət edərdi. Bu rejimdə nə artıq yemək, nə də yatmaq vardı. Heç gec yatmağı da sevməzdi. Səhər 7-də atam ayaq üstə olardı. Hərbidən ayrılandan sonra da bu rejim öz qaydasında davam etdi.

Polkovnik-leytenant Xeyrulla İbrahimov 40 yaşında istefaya çıxıb. Bu yaşın 20 ili Vətənə qüsursuz xidmətlə keçib, I Qarabağ savaşında ad qoyub. Lakin biz atamın I Qarabağ savaşında nələr görüb, nələr etdiyini əsla bilməmişik. Nə biz maraqlanardıq, nə də özü söyləyərdi. O, başdan-ayağa sırf hərbçi idi və bu nizamnaməyə riayət etmək onun həyat yolu olub. Azdan-çoxdan bildiklərimiz də onun döyüş yoldaşlarının sayəsindədir. Söyləyirdilər ki, atam masanın üstünə bir külqabı qoyubmuş və hər gün ora bir erməni qulağı atardı. 3-4 nəfərin görməli olduğu işi o, təkbaşına edərmiş. Kəşfiyyata belə, özü gedərmiş ki, qaranlıq bir məqam qalmasın. Artilleriyanı ən incə xırdalıqlarına qədər bilməyi, onu yüksək səviyyədə idarə etməyi atamın işinin mükəmməl bilicisi olduğunun sübutudur. O müharibədən sonra ayağındakı qəlpə ilə gəzdi atam və ağrılarını da heç zaman büruzə vermədi. Düşmənlərin Azərbaycanı məğlub ölkə kimi tanıtması ona o qədər ağır gəlirdi ki... Qarabağın azadlığı onun ən böyük arzusu idi. İnanırdı ki, o torpaqlar mütləq müharibə gücü ilə geri qaytarılacaq. Bu xəbəri hər gün gözləyirdi.

Vətən müharibəsinin ikinci günü cəbhəyə getdi. Biz dörd ay idi ki anamızı itirmişdik, atamıza ehtiyacımız çox idi. Lakin atam Vətənini, torpağını hər şeydən üstün tutdu. Anamın haqq dünyasına qovuşmağından üç gün əvvəl atam mənə təklikdə bir söz dedi: "Hər şeyə hazır ol". Atama: "Heç nəyə hazır olmaq istəmirəm" deyib, uzaqlaşdım, çünki anamın sağalacağına çox inanırdım. Amma o zaman bilmirdim ki, dörd aydan sonra atamı da itirəcəyəm. Hamı bilirdi ki, atamı bu yoldan saxlamaq qeyri-mümkündür. Nənəm ona deyəndə ki, bu uşaqları heçmi düşünmürsən? Cavabında belə deyib: "Sən möhkəm anasan, bilirəm ki, onları tək qoymazsan. Ana, mənim bildiyim mövqeləri orada heç kəs bilmir, mən getməyə bilmərəm".

Gündə bir dəfə əlaqə saxlayırdı səsini eşidirdik. Oktyabrın 26-sı günorta saat 1-ə işləmiş atamla son telefon danışığımız oldu. Anamı itirəndən sonra yaşadığımız evdə qalmaq bizim üçün çox ağır idi. Ona görə də başqa evə köçməyə qərar verdik. Köçümüzü qablaşdırarkən bir əşyanı aparıb-aparmayacağımızı dəqiqləşdirmək üçün atama zəng çaldım. Dedi: "Qoy qalsın orda, atan sənin üçün daha gözəlini alacaq. İndi əməliyyata gedirik sonra danışarıq". Lakin nədənsə fikrini dəyişdi və aramızda belə bir dialoq oldu:

"- De görüm başqa bir sözün varmı, qızım?

- Yox. Özündən muğayat ol. Səni çox sevirəm, ata.

- Mən də sizi çox sevirəm. Allaha əmanət olun, bala".        

Onun son cümləsi səsinin tonuna qədər hələ də qulağımda səslənir. Bu danışığımızdan sonra hönkürtü ilə ağlamağa başladım. Səbəbini belə, bilmədən özümü sakitləşdirə bilmirdim. İçimdə həyəcan dolu bir narahatlıq vardı. Həmin gün həm də qardaşımın doğum günü idi. Özümü ələ alıb yenidən atama zəng çaldım, yazdım, lakin ondan cavab gəlmədi. Hansı ki atam heç zaman yazdıqlarımı cavabsız qoymazdı. Son mesajım hələ də cavab gözləyir.

İstefaya çıxandan sonra ancaq ailəsi və doğmaları üçün yaşadı. Atanın çox dadlı və fərqli yemək hazırlamağı vardı. Biz oyanana qədər nələrsə yaradardı. Bəzən olurdu ki, çox mehribanlıqla bizi də oyadardı ki, bərabər hazırlayaq. O saatda yuxu bizim üçün nə qədər şirin olsa da, hər zaman olduğu kimi atam qalib gəlməyi bacarardı. Anamın bişirdiklərinin xüsusi ləzzəti olsa da, atam əlaqəsi olmayan qarışıq ərzaqlardan elə yeməklər hazırlayırdı ki, dadından doymaq olmurdu. Rayona getməyi həvəslə gözləyərdim, çünki bilirdim ki, xan kababını mütləq yeyəcəyik. Fərqli xasiyyətlərindən biri də dərmanlara qarşı olmağı idi. Onun özüməxsus müalicə üsulları vardı. Vay o gündən birimiz xəstələnəydik. Dərhal özünün "şəfa otları" adlandırdığı bitkilərdən çay dəmləyərdi. İsrarımıza rəğmən, o çayı mütləq bizə içirərdi. Sonda isə həqiqətən sağalardıq.

Xatirələrlə yaşamaq çox ağırdır. O zaman balaca olsam da, tez-tez yadıma düşən bir xatirə var. İlk dəfə atamın göz yaşlarını görməyimi heç cürə unuda bilmirəm. Yadımda deyil neçə yaşım olub. Atam məni özü ilə balıq ovuna aparmışdı. Evə qayıdanda maşından əşyaların daşınmasına mən də kömək etmək istədim və həmin vaxt tilovun qırmağı barmağıma ilişdi. İsti-isti olduğundan nə baş verdiyini hələ anlamamışdım ki, ilk dəfə atamın göz yaşlarını gördüm. "Qorxma, qızım, heç nə yoxdur" deyə-deyə məni dayanmadan öpürdü. Həmin vaxt nə qorxmuşdum, nə də ağrı hiss etmişdim, çünki atam yanımda idi. İllər keçdi, anam bizi tərk edib haqq dünyasına qovuşdu. Bax, onda atamın göz yaşları tükənmək bilmədi. Atamla həmsöhbət olmuşduq, saatlarla həyətdə oturub dərdləşərdik. Çox sevdiyi qadını itirmək atam üçün böyük zərbə oldu, sanki bir günün içində qocaldı.

Atam evimizin qocaman çinarı idi. Tək kölgəsi bizi hər şeydən qorumağa yetərdi. Hər birimiz onun diqqətini, qayğısını, nəvazişini ayrı-ayrılıqda hiss edərdik. O, ailəmizin ən böyük qazancı idi, özümü o qədər rahat hiss edirdim ki... İndi o illərin, o anların xatirələri və həsrətilə yaşayıram. Atam qısa həyatında elə bir ömür yaşadı ki, onunla yalnız qürur duymaq olar. Ömür boyu bu ağrı ilə yaşasam da, onlardan görüb-götürdüyüm kimi şükürlü olacağam, çünki nə vaxtsa ruhlarımızın qovuşacağını bilirəm.

SÖZARDI: Müsahibədən kənar mövzularda xeyli söhbətləşdik  Ləman xanımla. Yazı üçün şəkil seçiminə gələndə müsahibimin cavbına əvvəl-əvvəl təəccüblənsəm də, sonda anlayışla yanaşmağa məcbur oldum. Qəti şəkildə yazıda şəklinin getməsini istəmədi, əlavə elədi ki, bu illər ərzində heç yerə şəkil verməyib, sosial şəbəkələrdə isə şəkilləri onun razılığı olmadan yayımlanıb.

Tamilla M-ZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri