Icma.az
close
up
RU
Son zəng belə keçirilməlidir Təklif

Son zəng belə keçirilməlidir Təklif

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məktəblərdə keçirilən “Son zəng” tədbirləri illərdir davam edən bir ənənə olsa da, son dövrlər bu tədbirlərdə müşahidə olunan ifrat hallar cəmiyyətin narahatlığına səbəb olub. Bunu Modern.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, bəzi məktəblərdə tədbirlər artıq təhsil mühitindən uzaq, şou xarakterli məzmuna çevrilib:

“Əslində hər iki tərəfi başa düşmək mümkündür. Bir tərəf haqlı olaraq bildirir ki, məktəblərdə bu qədər ifrat çal-çağır təhsil sistemi üçün faydasızdır. Bu, əlavə maddi yük, ətraf mühitin narahat edilməsi və gərəksiz prosedurlar deməkdir. "Son zəng" öz mahiyyətinə görə şagirdlərin məktəblə vidalaşdığı emosional bir mərasimdir. Amma son illər bu mərasim bəzi hallarda həddini aşıb”.

Sosioloq qeyd edir ki, bəzi məktəblərdə 11-ci sinfin ilk günündən “Son zəng” üçün pul yığımı başlayır. Xüsusi geyimlərin tikilməsi, bəzən isə tədbirlərdə ifa olunan rəqs və musiqi nömrələrinin etik qaydalara uyğun gəlməməsi də ciddi narahatlıq doğurur:

“Bəzi geyimlər nə məktəbə, nə də tədbirin mahiyyətinə uyğun gəlir. Eləcə də səhnələşdirilən tamaşalar, meyxana və bayağı musiqi parçaları tədbirin dəyərini aşağı salır. Təhsil müəssisələri bu məsələlərə diqqət etməlidir. Əgər bir məktəb bu istiqamətdə nümunəvi tədbir təşkil edərsə, digərləri üçün də örnək ola bilər”.

Lalə Mehralının fikrincə, “Son zəng” tədbirləri daha çox milli musiqi və rəqslərlə, sadə və səmimi şəkildə keçirilməlidir:

“Milli dəyərləri qoruyaraq keçirilən tədbir həm şagirdlər üçün yaddaqalan olar, həm də valideynlər və məktəb rəhbərliyi üçün rahatlıq yaradar. Aidiyyəti qurumların bu məsələdə nəzarəti gücləndirməsi və məktəblərə konkret tövsiyələr verməsi vacibdir. Bu, gələcək illərdə də digər məktəblər üçün nümunə təşkil edər”.

Sosioloq əlavə edib ki, bu cür yanaşma həm məktəb mühitində pozitiv təsir yaradacaq, həm də ictimai narahatlıqların qarşısını alacaq:

“Sakit, mədəni və mənəvi zənginlik daşıyan tədbirlər həm şagirdin yaddaşında iz buraxacaq, həm də ətraf mühitə hörmət nümunəsi olacaq”.
Elm və təhsil nazirnin əmrinə əsasən, bu il "Son zəng" iyunun 14-də keçirləcək. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda "Son zəng" tədbirlərində iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Bildirilib ki, şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri