Icma.az
close
up
RU
“Sonradan anladım ki, bu, “qızlardan usandıq” deməkdir...”

“Sonradan anladım ki, bu, “qızlardan usandıq” deməkdir...”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Hindistanın ən böyük vilayətlərindən biri Tamil Nadunun Çennai şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinə dəvət almışdım. Sərginin əhəmiyyətini artırmaq üçün təntənəli açılışa qatılan baş nazir beynəlxalq nümayəndə heyətinin üzvləri ilə də görüşdü – adı Stalin idi. Dərhal başa düşdüm ki, bu ad 1953-cü ildən gəlir, çünki Stalin elə o il vəfat etmişdi. Üstəlik, görünüşcə də ona bənzəyirdi”.

“Qafqazinfo”nun məlumatına görə, bunu tanınmış naşir Şahbaz Xuduoğlu adlarla bağlı paylaşımında yazıb. 

Uşaqlara qoyulan qeyri-adi adlar və onların insanların gələcək taleyindəki rolu haqda yazıda maraqlı detallara toxulunub: “Bizim ailələrdə də maraqlı adlara rastlaşırıq. Mənim böyük nənələrimdən birinin adı Osandıq idi, əslində el arasında belə adlanırdı. Sonradan anladım ki, bu “qızlardan usandıq” deməkdir. Buna bənzər qadın adları çoxdur: Bəsdi, Kifayət, Yetər – hamısı qız övladına bir etiraz kimi qoyulmuş adlardır”.

Ş.Xuduoğlu qeyd edib ki, oğlan uşağına da “gözə gəlməməsi”, bəd nəzərdən qorunması məqsədilə “çirkin”, “qeyri-adi” və ya “əsassız” görünən adlar qoymaq ənənəsi olub: “Bu adların məqsədi uşağın “pis adla” tanınıb gözə dəyməməsi idi: Çopur, Çolaq, Köntöy, Qulu və s.

Erik Bernin “Salam verdikdən sonra nə deyirsiniz: insan taleyinin psixologiyası” kitabında adlar və soyadlar hissəsini oxuyanda istədim ki, bizim də adlara nəzər yetirəm. O yazır ki, doğum şəhadətnaməsinə baxanda hər kəs təəccüblənir. Bu vaxta qədər çağrıldığın addan tamamilə fərqli bir ad, yaxud imza da görə bilərsən, bəzən doğulduğun tarixlər arasında ay və ya il fərqləri olur.

Adlar əslində necə yaranır? Onları qruplaşdıranda belə bir mənzərə yaranır:

Dini mənbələr, Bibliya, Quran, Tövrat və digər dini mətnlərdəki şəxs adları əsrlər boyu istifadə olunub. Məsələn: İbrahim, Yusuf, Məryəm, Davud.

Təbii hadisələr və təbiət obyektləri, dağ, çiçək, ay, ulduz kimi sözlərdən istifadə edərək, Gülzar, Səma, Ayla, Dəniz. Peşə və sosial statuslu adlar isə tarixdə məşhur olan sənətkar və ya vəzifə adlarından yaranır. Məsələn: Çoban, Xan, Bəkir.

Qəhrəman və tarixi şəxsiyyət, hökmdar, sərkərdə, alim adları gələcək nəsillərə ötürülüb. Məsələn: Nizami, Cəfər, Teymur.

Mənalı sözlər və istəklər ailənin uşağa verdiyi ümid və diləklərdən qaynaqlanıb. Məsələn: Sevinc, Umud, Şanslı. Ədəbiyyatdan gələn adlar da var. Bir roman oxuyursan, oradakı obraza o qədər valeh olursan ki, o adı övladına verirsən. Cəfər Cabbarlının əsərlərindən xeyli yeni adlar qazanmışıq.

Məktəb yoldaşlarımdan birinin soyadı Məmişov idi. Hər dəfə səhər müəllim jurnalı yoxlayanda hamı gülüşürdü və bizim bu gülüşmə əlbəyaxa dava ilə bitərdi. Mənim qohumlarımdan birinin adı Əmiş idi. Onunla yolyoldaşlıq edib harasa gedirdik və yeni adamlarla tanış olanda adını deməzdi. “Əşi, nəyinə lazımdır adım?” – deyirdi. Əvvəllər anlamırdım, sonradan başa düşdüm ki, əslində, öz adını səsləndirmək istəmədiyi üçün belə edirdi”.

Naşir onu da vurğulayıb ki, bizdə sovet dövrünə aid çox adlar var: “Sovet, Şura, Komunist, İnqilab, Lenina, Kombayn.

Bir vaxtlar “Biznesmen Bülleteni” adlı bir nəşr ocağı vardı və tək-tək qanunları çap edirdilər. Oranın sahibi Kim idi – çox ağıllı və tədbirli insan təsiri bağışlamışdı. Arada görüşürdüm, amma adı həmişə məndə sual yaradırdı. Sən demə, mənası “komunist internasiona­l müdafiəçisi” imiş. Hələ Ladlen – (Vladimir Lenin), Marlen – (Marks və Lenin) adları da varmış.

Uşağa ad qoymaq – səs seçmək deyil, ömürlük kimlik yaratmaqdır. Ad insanın vizit kartıdır, hər dəfə işə qəbulda, dost məclisində, xaricdə tanışlıq zamanı onunla birlikdə gedir. Bir gün övladınız məktəbdə, universitetdə, iş görüşməsində öz adını deyərkən qürurla, yoxsa utanaraq deyəcək – bu, bu gün sizin verdiyiniz qərardan asılıdır. Uşağınızı göz önünə gətirin – onun xarakteri, arzuları, gələcək peşəsi barədə düşünün. Mütləq mənasını yoxlayın. Ad gözəl səslənə bilər, amma mənası xoşagəlməzdirsə, gələcəkdə problem yarada bilər. Xarici dillərdə tələffüzü və yazılışı çətin olmasın. Dəbdən çox dəyərlərə üstünlük verin. Bugünkü dəb sabah unudulur, amma mənalı ad qalır. Bu yazını hazırlayarkən statistikaya da baxdım. 2024-cü ildə oğlan uşaqlarına ən çox verilən adlar Uğur, Əli, Hüseyn, Yusif, Raul olub. Qızlarda isə Zeynəb, Zəhra, Məryəm, Nilay, Aylin, Melisa adları üstünlük təşkil edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:396
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri