Icma.az
close
up
RU
Sonsuzluqla bağlı VACİB BİGİLƏR

Sonsuzluqla bağlı VACİB BİGİLƏR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sirr deyil ki, ailə qurulduqdan 1-2 ay sonra qohum-qonşu qadından "bir xəbər var?" soruşmağa başlayır.

Vaxt keçdikcə bu məsələyə olan diqqət  daha da artır, cavan ailənin "problemi" daim müzakirə olunmağa başlayır. Bu isə həm cütlükdə olan münasibətlərə mənfi təsir edir, həm də hamiləliyin ehtimalını azaldır. Məsələ burasındadır ki, daim yalnız hamiləlik haqqında düşünən və bunun nəticəsində ağır stess vəziyyətinə düşən qadında "psixogen sonsuzluq" inkişaf edə bilər. Bu halda səhhətində sonsuzluq üçün heç bir səbəbi olmayan qadın naməlum səbəblərə görə hamilə qalmır. Əksinə isə sakit və rahat şərait, streslərin olmaması qadında hamiləliyin ehtimalını artırır.

Beləliklə, ailə qurulduqdan neçə müddət sonra (hamiləlik baş tutmadığı halda) artıq həkimlərə müraciət etmək lazımdır?

1. Saglamolun.az bildirir ki, tibbi statistikaya əsasən, 30% sağlam ailə cütlüklərində hamiləlik ailə qurulduqdan sonra ilk 3 ay ərzində, 60% cütlüklərdə növbəti 7 ay ərzində, qalan 10-12% cütlüklərdə - 11-12-ci aylarda baş tutur. Beləliklə, yalnız 1 ildən sonra ailə cütlüyü sonsuzluqla bağlı həkimə müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.

Lakin burada söhbət cavan ailə cütlüklərindən gedir (30 yaşına kimi). Qadının yaşı 30-dan çoxdursa və hamiləlik 6 ay ərzində baş tutmayıbsa, bu müddət bitdikdən sonra həkimə müraciət etmək lazımdır. Qadının yaşı 40-dan çoxdursa, gözləmə müddəti 3 aya kimi qısalır.

2. Əgər ailə həyatı qurduqdan əvvəl qadında menstrual dövr müntəzəm olmayıbsa (menstruasiyalar müxtəlif fasilələrlə başlayırdı, 1-2 ay ərzində menstruasiyalar olmurdu və s.), bu halda hamiləliyi gözləmək lazım deyil. Menstruasiyaların qeyri-müntəzəm olması qadının reproduktiv sağlamlığında olan problemlərin əlamətidir.

3. Əgər kişi keçmişdə xayalıq nahiyəsinə ciddi travma (zərbə və s.) alıbsa, parotit ("svinka") keçiribsə, kimyəvi terapiyadan keçibsə, bu halda da hamiləliyi gözləmək lazım deyil. Kişi spermoqramma verməlidir və uroloqa (və ya androloqa) müraciət etməlidir.

4. Hamiləliyin ehtimalı o halda böyük olur ki, ailə cütlüyündə cinsi əlaqələr müntəzəm xarakter daşıyır. Bu o deməkdir ki, 1 həftə ərzində 3-4 cinsi akt olmalıdır. Cinsi əlaqələr müntəzəm olmadıqda, hamiləliyin baş tutması ehtimalı azalır. Beləliklə, əgər cütlüyün cinsi həyatında ciddi problemlər varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Hansı həkimlərə müraciət etmək lazımdır?

Qadın ginekoloqa, kişi isə androloqa (və ya uroloqa) müraciət etməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri