Icma.az
close
up
RU
Sonuncu zəng çalınır!

Sonuncu zəng çalınır!

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

116 min 550 şagird məktəblə vidalaşır...

“Son zəng” sadəcə bir mərasimin adı deyil, uşaqlıqdan gəncliyə aparan yolun ən unudulmaz dayanacağıdır. Sevinc və kədər bir-birinə qarışır, məzunlar bir tərəfdən yeni həyata doğru inamla addımlayacaqlarına sevinir, digər tərəfdən isə həyatlarının ən gözəl və qayğısız dövrü ilə vidalaşdıqlarını anlayaraq kövrəlirlər.

Bu gün ölkəmizdə 11-cilər üçün sonuncu zəng çalınır. Bu səs insan həyatının unudulmaz illərinin carçısı, həyəcanlı anlarının zümzüməsi kimi ətrafa səs salır. İllərlə eyni sinif otağında birlikdə gülən, öyrənən, böyüyən şagirdlərin həyatında yeni bir səhifənin açıldığı, köhnə xatirələrin isə qəlbin ən dərin guşəsində əbədi yer aldığı duyğularla zəngin bir gündür.

11-ci siniflər bu gün üçün xüsusi hazırlıq görürlər. Məktəblərdə xüsusi bir canlanma var. Kimisi şeir, mahnı axtarır, kimisi ssenari hazırlayır, müxtəlif formada maraqlı əyləncəli səhnəciklər planlayırlar. Bundan başqa, aidiyyəti qurumlar da “Son zəng”lə bağlı lazım olan tədbirləri görüblər.

Adətən “Son zəng”i MDB ölkələrində qeyd edirlər. Bir sıra ölkələrdə bu gün “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlansa da, “Son zəng” ifadəsi əsasən, Azərbaycan, Türkiyə və Rusiyada işlənilir. Məlum olduğu kimi, “Son zəng” SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i qeyd olunurdusa, sonralar  tarixlər də, qaydalar da dəyişdi.

Dünyada “Son zəng” necə qeyd olunur?

İspaniyada məzun geyimləri tamamilə fərqlidir. Bir çoxları bu libasları Roma Papasının geyiminə bənzədirlər. Məzunlar mavi rəngdə yuvarlaq formada böyük papaqlar taxırlar.

Yapon məzunlar yürüşə qatılır və diplomlarını almaq üçün sıraya düzülüb, mahnı oxuyurlar. Hətta Yaponiyada “Kanazava” kollecinin Məzun günü “ifritələr bayramı”na bənzədilir. Tələbələr Yaponiyanın milli geyimi - kimonolardan tutmuş, karton qutulara qədər hər şey geyinirlər.

Argentinada tələbələr Məzun günü bitdikdən sonra yemək yeyirlər. Məzunların ailələri və dostları ketçap kimi yapışqan sousları onların üzərinə atırlar. Bu ənənə İtaliyada da mövcuddur.

Çində qızlar Məzun günü geyinmək üçün gəlinlik sifariş verirlər. Ənənəvi tədbirlər çox vaxt reallaşmır və tələbələr xoş günlərini valideyn və qohumları ilə birgə qeyd edirlər.

Neçə şagird məzun olur?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, bu il Azərbaycanda 116 min 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdləridir.

Bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumilikdə 25 ümumi təhsil müəssisəsində (11-də ilk dəfə olmaqla) “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.

DYP-dən məzunlara və valideynlərə müraciət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib. Həmin müraciətdə deyilir: “Ötən illərin təhlili göstərir ki, bəzi hallarda məzunlar və yeniyetmələr “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır. Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.

Valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırırıq. Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.

Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq”.

Sürücülərə də çağırış edilib...

Fövqəladə Hallar Nazirliyi isə “Son zəng”lə bağlı avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib. Müraciətdə qeyd olunub ki, təhsil müəssisələrində və kütləvi tədbirlərin keçirildiyi məkanlarda “Son zəng” və “Məzun günü” tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq avtomobil yollarında hərəkətin intensivliyinin və nizamsız parklama ehtimalının artacağı gözlənilir: “Belə vəziyyətdə nəzərə almaq lazımdır ki, yollarda hadisə yerinə tələsən xüsusi təyinatlı texnikalara, o cümlədən yanğınsöndürmə və xilasetmə avtomobillərinə yol verilməməsi, habelə nizamsız parklama baş verən yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün həmin nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına çətinlik törədir.

Həmçinin tikililərin giriş və həyətyanı ərazilərində, eləcə də avtomobil yollarının hərəkət hissəsində, yanğına qarşı su təchizatı sistemlərinə gedən yollarda və onların bilavasitə yaxınlığında avtomobillərin park edilməsi, habelə parklama ərazilərindəki nizamsızlıq və pərakəndəlik fövqəladə hadisə zamanı texnikaların operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək onları müvafiq qaydalara riayət etməyə çağırır. Belə ki, avtonəqliyyat vasitələrinin sürücüləri yollarda operativ nəqliyyat vasitələri olan yanğınsöndürmə və xilasetmə avtomobillərinə dərhal yol verməli, həmçinin avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

15 21 iyun tarixlərində hansı bürclər mənfəət gözləyə bilər?

13 İyun 2026 15:43see198

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see190

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

14 İyun 2026 15:50see190

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see186

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see183

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see182

Dünya çempionatı kim üçündür, azarkeşlər üçün, yoxsa reklamverənlər üçün? Kloppdan sərt fikirlər

14 İyun 2026 02:33see177

Azərbaycan İsrail münasibətlərinin daha yeni səviyyəyə qalxacağı mütləq olacaq

14 İyun 2026 02:31see169

İstanbulda ağır yol qəzası Avtomobil yandı VİDEO

14 İyun 2026 23:25see164

VƏTƏN SEVDALISI NƏSİR BƏY

13 İyun 2026 19:30see161

“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14 İyun 2026 18:11see156

Şərif elan etdi: “İranla ABŞ 24 saat ərzində…”

13 İyun 2026 15:51see155

Baharın 17 anı filminin tanınmış latviyalı aktyoru vəfat edib

13 İyun 2026 15:49see154

İsrail Beyrutu yenə vurdu

14 İyun 2026 14:53see152

Braziliya Mərakeşi məğlub edə bilmədi Video Yenilənib

14 İyun 2026 04:07see152

İtaliyada keçmiş general Meloniyə siyasi rəqib oldu

14 İyun 2026 20:57see150

Paraşütçüləri daşıyan təyyarə qəzaya uğradı Çox sayda ölənlər var VİDEO

14 İyun 2026 23:37see149

Bu həftədən onların maddi vəziyyəti dəyişəcək

15 İyun 2026 05:17see148

Sumqayıtda gənc cüdoçuların mübarizəsi başa çatıb FOTO

13 İyun 2026 18:15see147

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

14 İyun 2026 22:49see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri