Icma.az
close
up
RU
Sorğu: Ukrayna Prezidentinə etimad reytinqi artır

Sorğu: Ukrayna Prezidentinə etimad reytinqi artır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 14 may, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad reytinqi artmaqda davam edir və keçən ilin sonu ilə müqayisədə demək olar ki, 1,5 dəfə artıb.

AZƏRTAC bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir.

2025-ci il may ayının birinci yarısına olan məlumata görə, ukraynalıların 74 faizi Zelenskiyə inanıb, 22 faizi isə etimad göstərməyib. Güvən-etimadsızlıq balansı +52 faizdir.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2025-ci ilin martında keçirilən sonuncu sorğusu ilə müqayisədə Prezidentə inam artıb, ona etibar edənlərin sayı 69 faizdən 74 faizə yüksəlib, etimad göstərməyənlər isə 28 faizdən 22 faizə düşüb.

Müvafiq olaraq, inam-etimadsızlıq balansı +41 faizdən +52 faizə yüksəlib .

2024-cü ilin dekabrında ukraynalıların 52 faizi Prezidentə etimad göstərdikdən sonra onun reytinqi xeyli artıb.

İnstitutun direktor müavini Anton Qruşetskinin qeyd etdiyi kimi, çətin beynəlxalq vəziyyət və müharibəni bitirmək üçün mümkün danışıqlar ətrafında gərgin müzakirələr fonunda Prezident Zelenski “yüksək ictimai dəstəyi və legitimliyini qoruyur”.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu 2-12 may 2025-ci il tarixlərində ictimai rəy sorğusu keçirib və 1010 respondentlə müsahibələr aparılıb.

Ukraynanın aparıcı sosioloji şirkətlərinin fikrincə, Donald Tramp hakimiyyətə gəldikdən və ABŞ-ın Ukrayna ilə bağlı siyasəti dəyişdikdən sonra 2025-ci ilin əvvəlindən Zelenskinin reytinqi xeyli artıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see317

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see300

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see298

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see249

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see214

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see212

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see211

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see209

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see208

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see206

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see204

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see203

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see201

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see188

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see186

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see183

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see180

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see171

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see165

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri