Icma.az
close
up
RU
Sosial media qadınları qeysəriyyəyə sürükləyir

Sosial media qadınları qeysəriyyəyə sürükləyir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Hər bir qadın fizioloji hamiləlik zamanı yalnız normal doğuş barədə düşünməli və ona hazırlaşmalıdır, çünki bu,  aksiomadır – normal hamiləlik normal doğuşla nəticələnməlidir”.

"Cebheinfo.az" xəbər verir ki. bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ginekoloq Nigar Axundova deyib.

Onun sözlərinə görə, bəzi situasiyalarda normal gedişat patologiyaya çevrilir və artıq burada həm həkim, həm də hamilə qadın hər bir riski düşünüb qərar verməlidir:

“Hazırda dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının payı artaraq, təxminən 20-25%-ə çatıb. Bu göstərici bəzi ölkələrdə 50%-dən yuxarıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, bu göstərici 10-15%-dən yuxarı olmamalıdır. Məlumdur ki, qeysəriyyə kəsiyinə xüsusi göstərişlər olmalıdır və əməliyyat  həkim konsiliumun qərarı ilə aparılır. Bəzən elə təcili situasiya olur ki, həkim təkbaşına (anestezioloq və digər cərrah ilə) bu  qərarı verməli olur, lakin tibbi sənədləşdirmədə bu qərar öz izahını mütləq tapmalıdır.

Məsələn, kəskin qanaxma, ciftin erkən ayrılması, köndələn vəziyyət, kliniki dar çanaq, uşaqlıqda çapıq (əsasən yararsız), miomalar, şişlər, dölün doğuş zamanı hipoksiyası, doğuş fəaliyyətinin zəifliyi, sağrı gəlişi, ağır ekstragenital xəstəliklər, ağır preeklampsiya (eklampsiya), EKM ilə hamiləlik, qadının yaşı və uzun müddət sonsuzluğun olması, ağır vaginizm (psixoloji pozulmalarla) və s. kimi hallarda bu qərar verilir”. 

Mütəxəssis-ekspert qeyd edib ki, qadınların cərrahi doğuşa meylliyinin bir səbəbi də son zamanlar sosial mediada yayılan saxta məlumatlardır:

“Onlar qadınlarda normal doğuşdan qorxma və qaçma meyilini artırır, qadının özünə güvənini azaldır. Bəzən hətta qeysəriyyə kəsiyi ilə yanaşı plastik əməliyyatlar da həkim-ginekoloq tərəfindən aparılır (abdominoplastika, vaginoplastika, hətta mammoplastika) və bu tamamilə yanlış yanaşma olduğundan ciddi fəsadlar yarada bilər.  Ən əsası, qadını psixoloji cəhətdən düzgün hazırlamaq lazımdır. “Ağrısız doğuş” anlayışı var, “epidural” anesteziya ilə ağrıların azalmasına nail olduqda doğuş da daha rahat keçir.

Bəzi hallarda isə öncədən bir psixoloqun da yardımı vacib olur. Əsasən də qeyd etmək istəyirəm ki, dünyada ana ölümlərinin və ağırlaşmaların statistikasında qeysəriyyə kəsiyi üstünlük təşkil edir. Ona görə də seçim və qərar tək qadının deyil – bütün hamiləlik (doğuş) zamanı ona nəzarət edən həkimlərin (tibbi personalın) konsilium qərarına əsaslanmalıdır”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri