Icma.az
close
up
RU
Sosial mediada aqressiv və passiv rəy mədəniyyəti: insanlar niyə gərgindir?

Sosial mediada aqressiv və passiv rəy mədəniyyəti: insanlar niyə gərgindir?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial media həyatımızın bir parçasına çevrildiyindən gündəlik şəkil və videolarımızı tez-tez paylaşırıq.

Lakin bəzən paylaşımlarımıza o qədər aqressiv, nifrət dolu rəylər gəlir ki, heyrətə gəlirik. Axı insan tanımadığı birinə qarşı niyə bu qədər kin, nifrət dolu rəylər yaza bilər ki?

Bu aqressiyanın kökündə nə dayanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki, məyusluq, istəyini ifadə edə bilməmək, narazılıq, gözləntiləri qarşılamamaq yəqin ki, aqressiyanın kökündə dayanan ən bariz səbəblərdir. İnsanda mənfi yük yaradan və passiv aqressiyaya səbəb olan xəyal qırıqlığı, məyusluqdur. İnsanın hər davranışının arxasında o davranışı istiqamətləndirən səbəblər var və aqressiyanı da istiqamətləndirən bir neçə səbəb var. Əslində aqressiyanın əsasında qorxu hissi, əskiklik, zəiflik, paxıllıq kimi hislər də dayanır:

"İnsanların özlərinin etmək istəyib edə bilmədikləri şeyləri bir başqası edəndə həmin insana qarşı aqressivləşir və nəticədə mənfi rəylər yazmağa başlayırlar. İnsan özündəki boşluqların fərqinə varanda, nəyisə istəyib reallaşdıra bilmədiyi potensialı üzünə vurulanda gördüyü hər kontent onu narahat edir və öz əskikliyini sosial mediada tanımadığı bir çox insanın üstünə atır. Məsələn, bir vətəndaş hər hansısa xarici ölkəyə gedib və istirahət anlarını paylaşım edib. Digər şəxs də həmin ölkəyə getmək istəyib,  lakin gedə bilməyən vətəndaş həmin paylaşımın altına mənfi, aqressiv, nifrət dolu rəylər yazır. Çünki, o da istəyir, lakin gedə bilmir".

Nizami Orucov: Fərdlərin öz günahlarını başqasının üstünə atması onlara rahat gəlir

Psixoloqun sözlərinə görə, mənfi rəyin kökündə belə səbəblərin olduğunun fərqində olmamaq belə qorxulu hadisədir, bu, ən böyük cahillikdir. Çünki, o cür insanlar özlərindən çox uzaq olurlar, daxildə baş verən hadisələrə vaxt ayırmaq istəmirlər ki, bunu bir neçə saniyə, hətta dəqiqə ayıraraq başqasına nifrət göstərməklə əvəzləmək onlara xoş gəlir:

"Bu, vicdanlarını rahatladır. Günahı başqasına atmaq, başqasında yoxdan qüsur formalaşdırmaq, özündə olan qüsuru həll etməyə zaman ayırmaqdan daha rahat gəlir. Özündən uzaq olmaq, özünü tanımaq istəməmək, tanımadan həyatı beləcə başqasına enerji sərf edərək keçirmək ciddi problem və acınacaqlı vəziyyətdir".

Müsahibimiz həmçinin aqressiyanın yaranma səbəblərindən də bəhs edib:

"İnsan aqressiyasının bir çox psixoloji və fizioloji səbəbləri ola bilər. Məsələn, psixoloji pozuntular, posttravmatik sinir pozuntusu, davranış pozuntusu, narkotik maddə, spirtli içki kimi zərərli vərdişlərdən istifadə, fentsiklidin və uçucu maddələrin intoksikasiyası, antisosial şəxsiyyət pozuntusu. Bunlardan əlavə, aqresiyyanın səbəblərinə bioloji nüansları, travmaları, istifadə edilən hər hansı dərmanın mənfi təsirlərini və ətraf mühit amillərini misal göstərmək olar. Ümumiyyətlə, passiv aqressiyanın fərdi aspekti ilə yanaşı, mədəni səbəbi də var. Bəzi insanlarda passiv aqressiv xüsusiyyətlər daha çox özünü göstərir. Uşaqlıqda anadan ayrılıq dediyimiz bir dövr var, bu zaman yaşanan problemlə, hisslərlə bağlı bir problem ola bilər. Körpənin anasından ayrılması, özünü bir fərd kimi hiss etməsi və şəxsiyyət qurması prosesində bəzi problemlər yarana bilər".

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri