Icma.az
close
up
RU
Sosial mediada Azərbaycana qarşı təhdidlərlə mübarizə

Sosial mediada Azərbaycana qarşı təhdidlərlə mübarizə

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vətəndaş Tribunası” İctimai Birliyi Naxçıvan MR-də layihə tədbirlərini davam etdirir

“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasındakıtədbirlərinidavam etdirib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Növbəti tədbir 14 avqust 2025-ci ildə yerli fəalların, şəhər ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri və qazilərin, media və yaradıcı təşkilatların təmsilçilərinin iştirakı ilə Naxçıvan şəhərindəbaş tutub. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi sayğı duruşu ilə yad edilib.

Görüşü giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Orxan Məhərrəmovqeyd edib ki, insanların həyatında əhəmiyyətli yer tutan sosial media vasitəsilə ayrı-ayrı ölkələr, mərkəzlər və şəxslər tərəfindən Azərbaycana qarşı şər-böhtan kampaniyası gücləndirilib. Azərbaycana məxsussərnişin təyyarəsinin Rusiya səmasında vurulmasına və Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqhadisələrinə Azərbaycan dövlətinin qəti və prinsipial etirazlarından sonra bu hücumlar daha kəskin və intensiv xarakter alıb. G.Orucova belə kampaniyalara qarşı yerli ictimaiyyətin, bütün sosial şəbəkə iştirakçılarının mənəvi səfərbərliyinin artırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə məruzə ilə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri yazıçı Səfər Alışarlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihənin donoru haqqında məlumat verdikdən sonra sosial mediada Azərbaycana qarşı aparılan hibrid təbliğat müharibəsinin səbəblərini, forma və niyyətlərini açıqladı. O bildirdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra qonşu dövlətlər - Ermənistan, İran, Rusiya, eləcə də bir sıra Avropa dövlətləri ölkəmizə qarşı güclü anti-təbliğat fəaliyyətinə başladılar. Regionda Azərbaycanı həmişə zəif, Rusiyadan asılı bir xammal mənbəyi kimi görmək istəyən bu qüvvələr Azərbaycanın güclü dövlət iradəsi ilə barışmaq istəmir, onun Türkiyə və Orta Asiya dövlətləri ilə birlikdə reallaşdırdığı iqtisadi, logistik və başqa layihələrə mane olmağa çalışırlar. İndi düşmən qüvvələrin Azərbaycana qarşı fəallaşmasının əsas səbəblərindən biri də kənar dövlətlərin iştirakı olmadan Ermənistanla sülh müqaviləsi haqda razılığın əldə edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı fikir ayrılığının olmamasıdır. Bir neçə gün əvvəl Birləşmiş Ştatların vasitəçiliyilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda baş tutan görüşləri, əldə olunan tarixi razılaşmalar bizə mane olan qüvvələrə qarşı Azərbaycan dövlətinin əlini daha da gücləndirir. Ermənistanla sülhün bərqərar olması və Zəngəzur dəhlizinin açılması Naxçıvan əhalisini birbaşa maraqlandırır. İndi tarixi yolun tezliklə bərpasına, Naxçıvanın sosial-iqtisadi rifahına ümidlər böyükdür və bu yolda Azərbaycan dövlətinin gücü, eləcə də Prezident İlham Əliyevin siyasi mövqeyi yüksək qiymətləndirilməlidir.

Natiq onu da vurğulayıb  ki, 25 dekabr 2024-cü ildə Qroznu səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması vəYekaterinburq şəhərində Azərbaycan diasporunaqarşı Rusiya güc strukturlarının həyata keçirdiyi kütləvi zorakılıq tədbirləri ilə bağlı Azərbaycan dövlətinin beynəlxalq qanunlara uyğun haqlı tələbləri bu ölkədə yeni anti-təbliğat dalğası yaratdı. Prezident İlham Əliyevbu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini 3-cü Şuşa Beynəlxalq Media Forumunda bütün dünya ictimaiyyətinəbir daha açıqlayaraq dedi ki, təyyarənin vurulmasına aid bütün sübut və sənədləri toplamış Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Rusiya kütləvi informasiya vasitələri və sosial mediası gecə-gündüz Azərbaycanın əleyhinə təbliğat aparır, ölkəmizə, tariximizə və mədəniyyətimizə qarşı hər cür şər-böhtan yayırlar. Bu təhdidlərin istər rəsmi qaynaqlarda, istərsə də sosial mediada cavabsız buraxılmamasının vacibliyini bildirən S.Alışarlı yerli media təmsilçilərini və bütün sosial şəbəkə iştirakçılarını fəallığa çağırdı.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər Azərbaycanın və ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə təsiri və qarşılıqlı faydalanması haqda danışaraq qeyd edib ki, mədəniyyət nümunələrimizin ermənilər və digər qonşular tərəfindən oğurlanıb özünüküləşdirməsi halları geniş yayılıb. Azərbaycanın bu hallara qarşı mübarizəsihələ keçən əsrdən başlayaraq müəyyən nəticələr verməkdədir. Ə.Əsgər bu neqativ təzahürlərlə mübarizədə alimlər tərəfindən sanballı elmi sübutların ortaya qoyulmasının vacibliyini vurğuladı.   

Tədbirdə çıxış edən yazıçı-jurnalist Hüseyn Əsgərov, jurnalist Faiq Baxşəliyev və başqaları Azərbaycana və dövlətçiliyimizə qarşı aparılan təbliğatla mübarizədə ictimaiyyətin, sosial şəbəkə iştirakçılarının səfərbərliyinin gücləndirilməsi haqda öz fikirlərini bildirdilər.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylanmış, səmimi dialoq çay süfrəsi arxasında davam etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri