Sosial mediada LGBT bayrağı paylaşdığı üçün həbs olundu
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskvanın Naqatinski Məhkəməsi "VKontakte" səhifəsində LGBT bayrağının şəklini yerləşdirdiyinə görə moskvalı İvan Rubtsovu 15 gün həbs cəzasına məhkum edib. SİA TASS-a istinadən xəbər verir ki, məhkəmə İvan Aleksandroviç Rubtsovu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsinin 1-ci hissəsi (ekstremist təşkilatların atributlarının və ya simvollarının ictimai nümayişi) ilə inzibati xəta törətməkdə günahkar bilib və ona 15 gün həbs cəzası verib.
Məhkəmə sənədinə görə, Rubtsov şəklin altında qeyri-ənənəvi cinsi oriyentasiyalı insanları dəstəkləyən şüar yazıb. Bu, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tez bir zamanda aşkar edilib və nəticədə Rubtsova qarşı inzibati xəta protokolu tərtib edilib.
Qeyd edilir ki, Rubtsov günahını etiraf edib və peşman olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 27 Oktyabr 2025 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















