Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Sosial mediada “paylaşılan həyatlar” Onlar nə dərəcədə həqiqidir?

Sosial mediada “paylaşılan həyatlar” Onlar nə dərəcədə həqiqidir?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Sosial media platformalarında insanların gündəlik həyatlarını paylaşmaq vərdişi adi hala çevrilib. Bəziləri üçün bu, sadəcə sosiallaşma vasitəsidirsə, digərləri üçün məşhurluq və maddi qazanc əldə etmə yoludur. Ancaq bu paylaşımların reallığı nə qədər əks etdirdiyi və cəmiyyətə təsiri ciddi suallar doğurur. 

Mövzu ilə bağlı Sfera.az-a müsahibə verən sosial media eksperti Səbinə İzzətlinin sözlərinə görə, insanlar sosial şəbəkələrdə varlıqlarını sübut etmək üçün paylaşımlar edirlər.

Bu da bəzən informasiya kirliliyinə və məzmunsuz kontentin yayılmasına səbəb olur. “Sosial mediada məşhurların həyat tərzinə qibtə edən insanlar onları təqlid etməyə başlayır. Paylaşımlar o qədər bəsitləşir ki, çox vaxt heç bir məna daşımayan, ancaq diqqət çəkməyə hesablanmış postlarla qarşılaşırıq”, - deyən ekspert bildirdi ki, bəzən sırf bəyənilər və şərhlər toplamaq üçün sensasiyalı məzmunlar paylaşılır. O qeyd etdi ki, “TikTok” kimi platformalarda fenomen olmaq üçün “klikbeyt” məzmunların artması bunu açıq şəkildə göstərir:

“Hətta işini-gücünü atıb sosial mediada məşhurlaşmağa çalışan insanlar var. Medianın yaratdığı bu imkanlardan düzgün istifadə edilmədikdə, cəmiyyətə mənfi təsirlər qaçılmaz olur”. 

Ekspert bildirir ki, sosial mediada yalnız mənfi trendləri deyil, maarifləndirici və keyfiyyətli məzmunu önə çıxarmaq vacibdir:

“İnsanlar real və faydalı informasiyalara daha çox üstünlük verməlidirlər. Əks halda, sosial mediada yayılan məzmunsuz paylaşımlar informasiya kirliliyini daha da artıracaq. Bu isə cəmiyyətin informasiya qəbuletmə qabiliyyətini zəiflədərək insanları yanlış düşüncələrə yönəldə bilər”.

Psixoloq Ülkər Məhərrəmova isə vurğulayır ki, insanların sosial şəbəkələrdə izlədikləri “mükəmməl həyat” görüntüləri onların öz həyatlarını dəyərsiz görməsinə səbəb olur. Ü.Məhərrəmova söylədi ki, sosial mediada məşhur olan şəxslər və ya bloqerlər davamlı olaraq paylaşımlar edirlər, insanlar isə bu paylaşımları izlədikcə, onlarda “mən də belə ola bilərəm” düşüncəsi formalaşır:

“Lakin reallıq çox zaman fərqlidir. Sosial mediada təqdim olunan həyat tərzi çox vaxt şişirdilmiş və gerçək olmayan bir obrazdır. Buna aldanan insanlar, xüsusilə də gənclər və yeniyetmələr, özlərini həmin standartlara uyğunlaşdırmağa çalışır və nəticədə psixoloji problemlərlə qarşılaşırlar”. 

Ü.Məhərrəmova hesab edir ki, sosial media istifadəçilərinin öz psixoloji dayanıqlılığı üzərində işləmələri və bu platformalarda gördükləri hər şeyə tənqidi yanaşmaları vacibdir: “Sosial mediada paylaşım edən insanlar çox zaman təsdiq axtarır və diqqət cəlb etmək istəyirlər. Ancaq onların özlərinin də psixoloji dayanıqlılığı zəif ola bilər. Günümüzdə cinsiyyət dəyişikliyi hallarının artması da bu psixoloji təsirlərin nəticəsidir. İnsanlar sosial şəbəkələrdə qarşı cinsin həyat tərzini izləyərək, onların daha rahat və rifah içində yaşadıqlarını düşünürlər. Bu isə yanlış istiqamətə yönəlməyə və özünü tanımadan qərarlar verməyə səbəb olur”. 


Psixoloq vurğuladı ki, bu tendensiyanın qarşısını almaq üçün valideynlər övladları ilə daha çox ünsiyyətdə olmalı və sosial mediada yayılan qeyri-real görüntülərin təsirindən qorumaq üçün onları maarifləndirməlidirlər:

“Yeniyetməlik dövrü psixoloji olaraq çox həssas bir mərhələdir. Bu dövrdə insanlar həm fiziki, həm psixoloji, həm də emosional dəyişikliklərdən keçir. Sosial mediada gördükləri saxta xoşbəxtlik görüntüləri onların psixoloji dayanıqlılığına ciddi təsir göstərir. Çox təəssüf ki, bu, depressiya, özünəqapanma, dəyərsizlik hissi, hətta intihara qədər gətirib çıxara bilir. Buna görə də valideynlər uşaqları ilə daha çox ünsiyyətdə olmalı, onlara real həyatla sosial mediada göstərilən həyat arasındakı fərqi izah etməlidirlər. Eyni zamanda, sosial şəbəkələrdə psixoloji təsir yarada biləcək məzmunlara nəzarət olunmalıdır. Bu cür məzmunlar yalnız yeniyetmələr üçün deyil, böyüklər üçün də təhlükəlidir. İnsanlar bəzən dərin depressiyaya düşür, özlərini cəmiyyətdən uzaqlaşdırır və hətta psixoloji dayanıqlılıqlarını tamamilə itirə bilirlər”. 

Mütəxəssislərin sözlərindən aydın olur ki, sosial mediada nümayiş olunan həyat reallığı tam əks etdirmir və bəzi hallarda cəmiyyətdə psixoloji gərginlik yaradır. İnformasiya kirliliyinin qarşısını almaq və insanları yanlış təsirlərdən qorumaq üçün daha keyfiyyətli və maarifləndirici məzmuna üstünlük verilməlidir. Sosial media istifadəçiləri paylaşılan hər bir görüntünün həqiqəti tam əks etdirmədiyini anlamalı və gördükləri hər şeyə tənqidi yanaşmağı öyrənməlidirlər. 

Bəstin Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri