Sosial şəbəkədə “like” boşanma səbəbi ola bilər Məhkəmə təsdiqlədi
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə Kassasiya Məhkəməsi sosial şəbəkələrdə əks cinsə aid paylaşımları “bəyənməyin” ailədaxili etimada mənfi təsir göstərdiyini və boşanma üçün əsas sayıla biləcəyini rəsmən təsdiqləyib. Bu barədə “Haber Türk” məlumat yayıb.
"Yeni sabah" xəbər verir ki, məsələ Kayseridə yaşayan ailənin qarşılıqlı boşanma işi zamanı ortaya çıxıb. Qadın ərini başqa bir qadının sosial media fotolarını bəyənməkdə, ona maddi dəstək verməməkdə və sədaqətsizlikdə günahlandırıb. Kişi isə həyat yoldaşının atasını təhqir etdiyini, həddindən artıq qısqanc davrandığını və sosial şəbəkədə xoşagəlməz şərhlər yazdığını bildirib.
Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi kişinin günahkar olduğu qənaətinə gəlib. Kassasiya Məhkəməsi də qərarı dəyişmədən qüvvədə saxlayıb. Nəticədə qadına 30 min lirə maddi, 30 min lirə mənəvi təzminat ödənilməsi və hər ay 1000 lirə aliment verilməsi qərara alınıb. Halbuki qadın əvvəlcə 500 min lirə təzminat və 5 min lirə aliment tələb etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















