Icma.az
close
up
RU
Sosial mediada təhlükəsizliyini qoru! layihəsi çərçivəsində ilk maarifləndirici təlim uğurla başa çatdı

Sosial mediada təhlükəsizliyini qoru! layihəsi çərçivəsində ilk maarifləndirici təlim uğurla başa çatdı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin icra etdiyi "Sosial mediada təhlükəsizliyini qoru!" layihəsi çərçivəsində ilk maarifləndirici təlim uğurla keçirilib. Layihənin əsas məqsədi gənclər arasında rəqəmsal savadlılığı artırmaq və təhlükəsiz onlayn mühit yaratmaqdır.

Təlimin açılışında çıxış edən "İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Aytac Kərimova bildirdi ki, "Sosial media təkcə ünsiyyət vasitəsi deyil, həm də şəxsiyyətimizi və dəyərlərimizi əks etdirən bir platformadır. Məqsədimiz – gəncləri fişinq hücumları, fırıldaqçılıq və digər rəqəmsal təhlükələrdən qorumağa yönəlmiş bilik və bacarıqlarla təchiz etməkdir."

İki gün davam edən təlim proqramı kibertəhlükəsizliyin əsasları və praktiki bacarıqlara həsr olunub.

1-ci sessiya: Kibertəhlükəsizliyin Əsasları Sosial media üzrə mütəxəssis Rəsul Mehdiyevin təqdim etdiyi bu sessiyada iştirakçılar kibertəhlükəsizlik anlayışı, əsas risklər və CIA Triadı ilə tanış oldular. Təlimdə güclü parol yaradılması, iki faktorlu autentifikasiya (2FA), VPN, firewall və ictimai Wi-Fi təhlükəsizliyi kimi mövzular üzrə praktiki biliklər verildi.
2-ci sessiya: Praktiki Tətbiqlər və Qabaqcıl Mövzular Abbas Pənahovun apardığı sessiyada zərərli proqramlar, məlumatların şifrələnməsi, antivirus və backup strategiyaları, həmçinin şəxsi kibertəhlükəsizlik planlarının hazırlanması mövzularına toxunuldu. Təlimdə fişinq e-poçtlarının tanınması, təhlükəli kontentin analizi və şəbəkə ayarlarının düzgün qurulması üzrə praktik məşğələlər keçirildi. Rəsul Səlimzadə də sosial mühəndisliklə bağlı real nümunələrlə çıxış etdi.

Layihə çərçivəsində təlimlərin sonunda iştirakçılar "Coursera" platformasında London Universitetinin təqdim etdiyi "Kibertəhlükəsizliyin əsasları" mövzusunda onlayn kursa qoşulublar. Bir ay davam edəcək və üç moduldan ibarət olan bu kursu uğurla başa vuran iştirakçılara London Universitetinin rəsmi sertifikatı təqdim olunacaq.

"İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi bu layihə ilə gənclərin rəqəmsal təhlükələrə qarşı maariflənməsinə və texnologiyadan məsuliyyətli istifadə mədəniyyətinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri