Icma.az
close
up
RU
Sosial müavinət və təqaüdlər nə qədər artırılacaq?

Sosial müavinət və təqaüdlər nə qədər artırılacaq?

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə başçısının tapşırığına əsasən, gələn ildən minimum əməkhaqqı və pensiya məbləğlərinin, həmçinin bir sıra təqaüd və sosial ödənişlərin də artırılmasını nəzərdə tutan 2019-cu ildən bəri həyata keçiriləcək sayca 5-ci sosial islahat paketi təqribən 3 milyon vətəndaşı əhatə edəcək.

Son 5 ildə Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-2023-cü illər ərzində əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması ilə nəticələnən 4 sosial islahat paketinin icrası sayəsində 4 milyondan çox vətəndaşın maddi rifahı yaxşılaşmış və bunun üçün illik, əlavə olaraq 7 milyard manata yaxın vəsait xərclənib.

Odur ki, 2019-dan bəri minimum aylıq əməkhaqqı göstəricisi 2.7 dəfə artaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya məbləği isə 2.5 dəfə artaraq 110 manatdan 280 manata çatıb. Ölkə üzrə orta aylıq nominal əməkhaqqında 70%-dən çox, median əməkhaqqında 2.1, əməkhaqqı fondunda 2.5, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə isə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2.9 dəfə artım əldə olunub.

Bundan əlavə, qeyd olunan ötən müddət ərzində müvafiq qanunvericilik tələbindən irəli gələn və hər hansı bir sosial islahat paketinə daxil olmayan pensiyaların indeksləşdirilməsi adlı addım da, yəni, hər il əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması addımı da atılıb ki, növbəti ildə də bu təkrar olunacaq.

Sual yaranır ki, 2025-ci ildə artımlar nə qədər olacaq? Başqa sözlə, minimum əməkhaqqı və pensiya məbləğləri, həmçinin təqaüd və sosial müavinətlər nə qədər artırılacaq?

Bunu söyləmək çətindir. Hələ ki, dəqiq məlum olanı budur ki, minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılacaq, yəni, təxminən 16%-dək artırılacaq. Minimum pensiya məbləği ilə bağlı isə məsələ aydın deyil.

Sosial müavinət və təqaüdlərə gəldikdə, qeyd etmək yerinə düşər ki, ölkə üzrə 2025-ci il üçün yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı həddi 285 manat məbləğində müəyyən ediləcək. Müqayisə üçün xatırladım ki, cari il üçün hər iki göstərici 270 manat məbləğində təsdiq edilmişdi. Yəni, gələn il hər iki rəqəm 5%-dən çox artırılacaq.

Ümumiyyətlə, 2025-də əhalinin həssas təbəqəsinin xərcləri üçün dövlət büdcəsindən 2 milyard 600.2 milyon manat vəsait ayırmaq nəzərdə tutulub ki, buna yaşa, əlilliyə, ailə başçısının itirməyə və digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin maliyyələşdirilməsi üçün 1 milyard 942.9 milyon manat (2024-cü ilə nisbətən 55.4 milyon manat və ya 2.9 faiz çox), ünvanlı dövlət sosial yardımlarının verilməsinə 457.3 milyon manat, “Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nin icrasına uyğun olaraq işsiz şəxslərin məşğulluq imkanlarını artırmaq məqsədilə haqqı ödənilən ictimai işlərlə bağlı xərclərəsə 200 milyon manat daxildir.

Odur ki, hansı sosial müavinət və təqaüd necə və nə səviyyədə artırılacaq, bunu Prezidentin verəcəyi müvafiq qərarlar bəlli edəcək. Yeri gəlmişkən, ölkədə 17 növ aylıq, 6 növ birdəfəlik sosial müavinət, 14 növ Prezident təqaüdü mövcuddur.

Diqqəti cəlb edən isə əsas odur ki, 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 7 milyard 676.4 milyon manat təşkil edəcək. Bu, 2024-cü il üzrə təsdiq olunmuş proqnozla müqayisədə 10.45% çox deməkdir. Fondun gəlirlərinin 7 milyard 617.4 milyon manatı onun büdcə gəlirləri (13.3% çox), 59 milyon manatısa qurumun 2025-ci il yanvarın 1-nə yaranacaq ehtiyatı (74% az) hesabına formalaşmalıdır.

Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq ki, gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9.5% çox – 5 milyard 997.4 milyon manat olacağı nəzərdə tutulub. Fondun büdcəsini balanslaşdırmaq məqsədilə dövlət büdcəsi öhdəliklərini maliyyələşdirmək üçün ayrılacaq vəsaitsə 29.9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcək.

2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10.45% çox – 7 milyard 676.4 milyon manat təşkil edəcəyi gözlənilir ki, xərclərdə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Belə ki, gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10.5% çox – 7 milyard 408.9 milyon manat olacağı gözlənilir ki, o cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10.5% artaraq 7 milyard 210.5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9.25% çox – 198.4 milyon manat təşkil edəcək.

Sözün qısası, sosial müavinət və təqaüdlər belə görünür yaxşı artırılacaq. Ona görə ki, Maliyyə naziri Samir Şərifov da qeyd etmişkən, ölkəmizin tarixində xərc baxımından gələnilki səviyyədə büdcə yoxdur və olmayıb. 2021-ci illə müqayisədə 2025-ci il üçün təklif olunan dövlət büdcəsi xərcləri səviyyəsi 50% artıq təşkil edir.

Ölkəmizin 2025-ci il üçün dövlət büdcəsi gəlirləri 38 milyard 316 milyon, xərcləri isə 41 milyard 367 milyon 600 min manat proqnoz edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri