Sosial Müdafiə Fondu məktəblini formasız qoyub Dərsə gedə bilmir MÜRACİƏT
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi 1/22 nömrəli yataqxanada yaşayan Cəsur günlərdir ki, məktəb forması olmadığına görə, dərslərindən geri qalır.
Tribunainfo.az xəbər verir ki, ailə Sosial Müdafiə Fondundan sosial yardım almaqlarına baxmayaraq, Cəsur qurumdan məktəb ləvazimatları ilə təmin olunmayıb. Halbuki sosial yardım alan hər bir ailənin məktəbli övladlarının bu cür dəstək paketindən faydalanması nəzərdə tutulur.
Görünür qurumun Bakıdakı ailələrə başı qarışdığından Sumqayıt şəhəri gözdən-könüldən uzaq düşüb. Ailə, bir otaqlı evdə 4 nəfər olmaqla çətin şəraitdə yaşayır. Cəsurun anası Ağalarovla Aygün Qiyas qızı dəmir-dümür sataraq ailəsini dolandırmağa çalışır. Eyni zamanda, A. Ağalarova əsəb xəstəliyindən əziyyət çəkir və dərmanlarını almağa da pulu yetmir.
Redaksiya olaraq, bu məsələdə həm Dövlət Sosial Müdafiə Fondunu, həm də Təhsil Nazirliyini diqqətli olmağa və Cəsur kimi uşaqların təhsildən geri qalmaması üçün təcili tədbirlər görməyə çağırırıq.
Görüntüləri təqdim edirik:
Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















