Icma.az
close
up
RU
Sosial şəbəkə Kolizey amfiteatrına bənzəyir: Natamamlıq kompleksindən əziyyət çəkənlər...

Sosial şəbəkə Kolizey amfiteatrına bənzəyir: Natamamlıq kompleksindən əziyyət çəkənlər...

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkədən istifadə edən hər kəsin qarşısına yəqin ki, ən azı bir dəfə də olsa yemək yediyini çəkən insanların videoları çıxıb.

Xaricdə populyarlaşan bu videolar artıq bizim vətəndaşlarımız tərəfindən də kifayət qədər çəkilir və izlənilir.

Onlara yazılan “Belə videoları niyə çəkirsən”, “Bunu etməklə nə əldə edirsən” kimi suallara isə “Bu, mənim kontentimdir və mən bundan pul qazanıram” kimi cavablar verirlər.

Çox təəssüflər olsun ki, böyüklərlə yanaşı azyaşlıların da belə videolar çəkdiyinin şahidi oluruq.

Maraqlıdır, insanları bu davranışları etməyə vadar edən nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, sosial şəbəkələrdə bəzi paylaşımlar var ki, onlar kütlə psixologiyası ilə irrasionallıq təşkil edir və məntiqdən uzaq hərəkətlərdir.

Onun sözlərinə görə, belə istifadəçilər natamamlıq kompleksindən əziyyət çəkir və özlərini aktuallaşdırmağın yollarını axtarırlar, ancaq tapa bilmirlər.

Üzeyir Şəfiyev: Sosial şəbəkələrdə yemək yeyənlər sosial şəbəkə ilə rəftar qaydalarını düz başa düşməyiblər

Bununla bağlı psixoloji nəzəriyyələrin olduğunu deyən sosioloq məşhur alim Maslounun “Ehtiyaclar piramidası” adlı yanaşmasını misal göstərib. Qeyd edib ki, məhz özünü aktuallaşdırmaq tələbatı həmin piramidanın pilləsindən biridir və insanın özünü aktuallaşdırmaq, özünü təsdiq etmək tələbatı var. Ancaq bunu hər kəs bir cür başa düşür. Kimi rasional, kimi qeyri-rasional, kimi sağlam, kimi qeyri-sağlam yollar seçir:

“Sosial şəbəkələrdə bu kimi davranışlar sərgiləyən, paylaşımlar edən insanlar özünü aktuallaşdırmaq tələbatlarını ödəmək üçün heç də adekvat yol seçməyib. Bu, ictimai ikrah yaradır. İctimai qıcığa səbəb olur. Belə paylaşımlara ictimai qınaq lazımdır. Çünki buna sosial nəzarət, ictimai iştirakçılara da ehtiyac var ki, onları iqnor etsinlər və bu məsələyə sağlam tənqidi yanaşılsın ki, belə paylaşımlar olmasın”.

Müsahibimiz qeyd edib ki, bu gün sosial şəbəkələr Kolizey amfiteatrına bənzəyir. Dediyinə görə, burada mənasını başa düşüb-düşməməsindən asılı olmayaraq istənilən hadisəyə reaksiya vermə cəhdləri, istifadəçilərin “sarı informasiya”ları, hüquqa və əxlaqa zidd olan davranışları müşahidə olunur.

Sosioloq vurğulayıb ki, sosial şəbəkələrdə hüquqa və əxlaqa zidd olan davranışlar hüquqi məsuliyyət yaradır:

“Bu, həm də bir qədər mənəvi bir məsələdir. İnsanlar necə ola bilər ki, sosial şəbəkələrdə qeyri-etik, qeyri-insani hərəkətlər etsin, hansısa amoral və yaxud da ikrah yaradan davranışlar sərgiləsin? Bütün bunlar həm mənəvi, həm də hüquqi baxımdan yolverilməzdir”.

Müsahibimizə görə, sosial şəbəkələrdə yemək yeyən insanlar sosial şəbəkə adlanan yeni fenomenlə rəftar qaydalarını düz başa düşməyiblər. Onların sosial şəbəkə ilə bağlı hüquqi, İKT savadlılığı hələ lazımı səviyyədə deyil. Halbuki, onlar sosial şəbəkələrdən daha praqmatik məsələlərdə istifadə edə bilərlər:

“Güman edirəm ki, onların dünyagörüşündə şübhəsiz ki, fərqlər var. Sağlam düşüncə, sağlam təfəkkür əlbəttə, belə paylaşımları məqbul saymaz. Demək ki, bu şəxslərlə sosial çarxlar, sosial roliklər vasitəsilə iş görmək lazımdır ki, belə istifadəçilər bu tipli əməllərdən çəkinsinlər.

Bəli, hüquqa zidd davranış olmaya bilər, amma bu, qeyri-etik əməldir və sağlam düşüncəyə uyğun gəlmir. İctimai qıcıq yaradır”.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri