Icma.az
close
up
RU
Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu

Sosial şəbəkədə söyüş söyən üç nəfər həbs olundu

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Instagram"da nalayiq ifadələr işlədənlər həbs olunublar.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, 29 yaşlı Lənkəran rayon sakini "Instagram" sosial şəbəkəsindəki "seyidemir_" hesabı ilə qeyri-etik ifadələr işlədib. Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya resursunda və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs törətdiyi əməli etiraf edib və bir daha belə hallara yol verməyəcəyinə söz verib.

Bundan başqa, 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya resurslarında qadağan edilən informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Buna görə də onun barəsində həm 388-1.1.1-ci, həm də 510.2-ci maddələrlə protokollar tərtib olunub.

Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də "TikTok" sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Onun sözlərinə görə, özünün hazırladığı videoçarxı başqası götürərək paylaşıb, həmin paylaşımın rəy bölümündə isə onun mərhum ailə üzvünü təhqir ediblər. Buna görə o da əsəbiləşərək nalayiq ifadə işlədib.

Məhkəmənin qərarı ilə 29 yaşlı Lənkəran rayon sakini 15 gün, 46 yaşlı şəxs bir ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Mart 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri