Sosial şəbəkədə sürücülük vəsiqəsini ələ salıb ağlasığmaz hərəkətlər edirlər VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə gənclər arasında yayılan yeni trend ictimaiyyət arasında ciddi qınağa səbəb olub. Belə ki, bəzi şəxslər sürücülük vəsiqəsinin üzərinə energetik içki tökərək ya da həmin vəsiqə ilə tort kəsərək video çəkir, sonra isə bu görüntüləri "trend" adı ilə paylaşırlar.
Bir çox istifadəçi bu trendə yumor kimi yanaşsa da, bu davranış həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Çünki söhbət sadə bir kağız parçasından deyil, dövlət tərəfindən verilmiş rəsmi sənəddən – şəxsiyyət vəsiqəsi ilə eyni hüquqi statusa malik olan sürücülük vəsiqəsindən gedir.
Qanunvericiliyə əsasən, rəsmi sənədlərin qəsdən zədələnməsi, yararsız hala salınması və ya məqsəddən kənar istifadəsi halları inzibati məsuliyyət yarada bilər. Daha konkret desək, vəsiqəni bilərəkdən məhv edən və ya onu ictimai şəkildə hörmətdən salan şəxs məsuliyyətə cəlb oluna bilər.
Eyni zamanda, bu cür hərəkətlər dövlətə və dövlətin simvollarına qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər.
Ekspertlər bildirirlər ki, bu trendin arxasında sosial şəbəkələrdə izləyici sayı qazanmaq və populyarlıq əldə etmək istəyi dayanır. Lakin bu yolla qazanılan diqqət nəinki cəmiyyətə müsbət təsir göstərir, əksinə, gənc nəslə mənfi örnək olur.
Sürücülük vəsiqəsi hər bir vətəndaş üçün ciddi məsuliyyət daşıyan, hüquqi bir sənəddir. Bu sənədlə ağlasığmaz hərəkətlər etmək yolverilməzdir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















