Icma.az
close
up
RU
Sosial şəbəkədə tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı: Özünə biznes qurdu

Sosial şəbəkədə tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı: Özünə biznes qurdu

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakıda 13 yaşlı qızdan külli miqdarda qızıl və pul alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayon Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova 6 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bu cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb. İstintaqla müəyyən edilib ki, E.Məmmədov "Instagram" sosial şəbəkəsində orta məktəbin 7-ci sinif şagirdi olan Aytacla (ad şərtidir) tanış olub. Onlar arasında səmimi münasibət yaranıb və E.Məmmədov yeniyetmə qıza biznes qurmaq istədiyini bildirib.

Bundan sonra Aytac yaşadığı evdəki seyfdən gizli şəkildə 2 500 manat, 3 min dollar və 80 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək yaşadığı Xətai rayonu Süleyman Vəzirov küçəsindəki binanın dəhlizində E.Məmmədov​a verib.

Hadisənin üstü açılandan sonra Aytac E.Məmmədovun ona hədə-qorxu gələrək pul və qızılları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Lakin məhkəmə istintaqı zamanı hədə-qorxu iddiası təsdiqini tapmayıb və gənc oğlanın məktəbli qızı aldadaraq külli miqdarda qızıl və pul alması müəyyən edilib. Bu səbəbdən məhkəmə ona dələduzluq cinayəti üzrə cəza təyin edib.

Qeyd edək ki, E.Məmmədov əldə etdiyi pul və qızıl-zinət əşyaları vasitəsilə özünə 8-ci kilometr bazarında ayaqqabı mağazası açıbmış.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Dekabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see229

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see216

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see198

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see197

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see183

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see174

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see168

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see148

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see148

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see147

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see146

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see144

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri