Icma.az
close
up
RU
Sosial şəbəkədə tanış olduğu kişini evə çağırıb şantaj edən qadın axtarışa verildi Məhkəmədən qərar

Sosial şəbəkədə tanış olduğu kişini evə çağırıb şantaj edən qadın axtarışa verildi Məhkəmədən qərar

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda vətəndaşa qız adı ilə tanış olaraq ona qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sultanə Həsrətova iştirak etməyib.

Məlum olub ki, o, dəfələrlə məhkəmənin çağırışlarına gəlməyib. Onun məhkəməyə məcburi gətirilməsi üçün ötən ilin dekabrın 24-də qərar qəbul edilib. Lakin o yenə də prosesdə iştirak etməyib. Buna səbəb onun daimi yaşadığı ünvanı dəyişdirməsi, yerini müəyyən edilməsidir.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs bir neçə dəfədir məhkəməyə gəlməyib, bunu səbəbini göstərməyib. Dövlət ittihamçısı Sultanə Həsrətovanın barəsində olan qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi, axtarışa verilməsini istəyib.

Məhkəmə dövlət ittihamçısın vəsatətinintımon edib. Sultanə Hsrətovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi və barəsində axtarış elan edilməsi barədə qərar qəbul edib.

Məhkəmə belə qərar qəbul edən zaman bildirib ki, təqsirləndirilən şəxs bununla 3 dəfə məhkəmədə iştirak etməyib. Bu da onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsaslı səbəb kimi göstərilib.

Növbəti proses fevralın 11-də davam edəcək.

İttihama görə, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.

Ötən ilin fevralın 10-da Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar. Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü" yəni fevral 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər.
İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda Vüsalın pul kartından 999 manat, digər kart hesabından isə 196 manat pulu özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar.
Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 07 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri