Icma.az
close
up
RU
Sosial şəbəkədə tez tez paylaşım etmək: Psixoloji problem imiş

Sosial şəbəkədə tez tez paylaşım etmək: Psixoloji problem imiş

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bəzi insanlar hər zaman diqqət mərkəzində olduqlarını zənn edirlər”. 

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, belə şəxslər həmişə başqalarının diqqətini çəkmək istəyirlər: 

“Bu da əsasən uşaqlıqdan gələn tramvalarla əlaqəlidir. O insanlarda hansısa boşluq olduğu üçün özlərini dəyərsiz hiss edirlər. Əksər hallarda zamanında sevgi tələbatı ödənilməmiş uşaqlar gələcəkdə bu problemdən əziyyət çəkirlər. Bu şəkildə böyümüş insanlar müəyyən bir zaman sonra hər kəsin diqqətini çəkməyə çalışırlar. Bunlar nümayişkar tipli insanlar da adlandırlar. Hətta başqalarının mütəmadi şəkildə onlar haqqında danışıqdıqlarını belə zənn edirlər”. 

Ekspertin sözlərinə görə, son zamanlar belə insanların sayı artıb: 

“Bunu sosial şəbəkələrdə daha aydın şəkildə görmək olur. Bəzi insanlar sırf özlərini göstərmək və guya diqqət gördüklərini bildirmək üçün paylaşım edirlər. Əlbəttə ki, belə insanlarda psixoloji problem var. Onlar daim diqqət mərkəzində olmaq ehtiyacı duyurlar. Əslində sağlam psixologiyaya sahib insanın buna ehtiyacı yoxdur. Çünki o, özünü olduğu kimi qəbul edir. 

Lakin belə xüsusiyyəti olmayan insanlar həmişə təsdiq axtarışında olurlar. Bu şəxslər təriflənəndə və diqqət mərkəzində olanda, dəyərli olduqlarını düşünürlər. Ona görə də bunu hər zaman, hər yerdə axtarmaq istəyirlər”. 

Həmsöhbətimiz onu da qeyd edib ki, bu şəxslər hər zaman insanların onlara baxdığını da düşünürlər: 

“Lakin bu, onların özlərindən asılı deyil. Bu, birbaşa onların psixoloji vəziyyətləri ilə bağlıdır. Həmin insanların düşüncə tərzi o cür formalaşdığı üçün sanki insanların daim onlara baxdığını və diqqət mərkəzində olduqlarını düşünürlər. Hətta bəzən özlərini bənzərsiz və unikal insan kimi də təsəvvür edirlər. Bu adamlar danışanda belə pafoslu cümlələr qururlar. Bununla yanaşı, tənqidə həssas olur və əks fikri qəbul edə bilmirlər. Normal insan tənqidi qəbul etməlidir. Əslində isə bütün bunlar psixoloji problem əlamətləridir”. 

Mütəxəssis bu problemdən xilas yollarından da danışıb: “Təbii ki, bu psixoloji problemdən xilas yolları da var. Ancaq psixoloji təmizlənmə ilə bundan qurtula bilərlər. Bunun üçün psixoloq yanına getmək lazımdır. Terapiyalarla əsl həqiqi “mən”i ilə üz-üzə gələ bilərlər. Bununla da həmin tramvalarından arınmaları mümkündür. Fərdə görə dəyişsə də, bunun üçün ortalama 8-12 seans lazımdır. Hətta 20 seans olsa, daha effektiv nəticə verər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Diqqət mərkəzi psixoloq problem İlhamə Mustafayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri