Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Gəncə şəhərində yaşayan bir qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib.
AZXEBER.COM xəbər verir ki, naməlum nömrədən zəng edən şəxs özünü Amerikada yaşayan xeyriyyəçi kimi təqdim edərək, guya 5000 dollar yardım edəcəyini bildirib və bu məqsədlə qadından bank kartı məlumatlarını istəyib.
Qadın kart məlumatlarını qarşı tərəfə göndərdikdən sonra onun hesabındakı 3146 manat talanıb.
Daxili İşlər Nazirliyi bütün bunları nəzərə alaraq bir daha vətəndaşlara müraciət edərək bildirir:
• Bank kartınızın nömrəsi, CVV/CVC kodu, istifadə müddəti və SMS-lə gələn birdəfəlik şifrələri heç kəslə, heç bir halda paylaşmayın.
• Heç bir bank və ya xeyriyyəçi şəxsi kart məlumatlarınızı istəməz.
• Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin.
• Şübhəli hallar zamanı dərhal bankınıza və polisə məlumat verin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















