Icma.az
close
up
RU
Sosial şəbəkələr bizi necə izləyir?

Sosial şəbəkələr bizi necə izləyir?

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Gün ərzində danışdığımız və ya yazışdığımız mövzuların qısa müddət sonra sosial şəbəkələrdə reklam və postlar şəklində qarşımıza çıxması bir çox istifadəçidə narahatlıq yaradır.
İstifadəçilər xüsusilə “WhatsApp”, “Facebook” və “Instagram” kimi platformalarda apardıqları yazışmalardan sonra oxşar məzmunlu reklamlarla qarşılaşdıqları zaman şəxsi məlumatların etibarlı şəkildə qorunmadığını düşünürlər.
Bəs sosial şəbəkələr istifadəçilərin şəxsi yazışmalarının təhlükəsizliyini hansı səviyyədə təmin edir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bu hallarda məlumatlara insanlar yox, avtomatik sistemlər baxır və proses texniki şəkildə həyata keçirilir:
“Facebook” və “WhatsApp” “Meta” şirkətinə məxsusdur və bu tip şirkətlər bizim məlumatlarımızı üçüncü tərəflərə reklamın hədəflənməsi üçün istifadə edirlər. Məsələn, siz “WhatsApp”da hər hansı bir mövzu haqqında yazırsınızsa, bir müddət sonra həmin mövzu ilə bağlı reklamların “Facebook” və ya “Instagram”da qarşınıza çıxmasını müşahidə edirsiniz. Bu, eyni şirkətə məxsus platformalar arasında məlumatların avtomatik işlənməsi ilə bağlıdır. Burada xüsusi olaraq “filankəsin məlumatına baxaq” deyə bir insan oturub analiz etmir, sadəcə sistem avtomatik şəkildə davranışları təhlil edir”.

Fərid Kazımov
O bildirib ki, istifadəçilərə göstərilən reklamlar onların olduqları məkan və davranışlara əsasən sistem tərəfindən müəyyən edilir:
“Məsələn, hər hansı bir yerdə reklam kampaniyası keçirilirsə və həmin kampaniya müəyyən bir məkanla (lokasiya ilə) əlaqəlidirsə, o ərazidə yaşayan və ya həmin məkanda olan istifadəçilərə “Instagram” və “Facebook” üzərindən həmin reklamlar göstərilir. Bu proses birbaşa sistem üzərindən həyata keçirilir. Burada gizlilik məsələsindən danışmaq çətindir, çünki əsas məsələ istifadəçi davranışlarının reklam şirkətlərinə ötürülməsidir. Bu, qlobal praktikadır və hüquqi baxımdan qeyri-qanuni sayılmır. Sosial şəbəkələr məhz bu mexanizm üzərindən işləyir”.
Fərid Kazımov bildirib ki, insanlar şəxsi məlumatlarını internetdə və süni intellekt platformalarında paylaşarkən daha diqqətli olmalıdırlar:
“Digər bir məsələ isə zaman-zaman insanların şəxsi məlumatlarının internetə sızdırılmasıdır. Bu sızıntılar bəzən haker hücumları nəticəsində baş verir, bəzən isə insanlar özləri məlumatlarını paylaşırlar. Məsələn, son vaxtlar belə hallar çoxalıb ki, insanlar süni intellekt platformaları ilə şəxsi məlumatlarını çox rahat şəkildə bölüşürlər və elə bilirlər ki, bu məlumatlar yalnız sistem daxilində qalır. Tutaq ki, siz öz çəkinizdən narazısınız və haradasa yazırsınız ki, “nə edim, necə arıqlayım?”. Bu məlumat üçüncü tərəflərə ötürülə bilər. Həmin tərəflər bu məlumatı emal edərək sizə maraqlı ola biləcək xidmətləri müəyyənləşdirir və nəticədə qarşınıza arıqlama dərmanları, idman zalları və buna bənzər reklamlar çıxmağa başlayır. Bu artıq reallıqdır və bunu başa düşməliyik”.
Fəridə Əsədzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri