Icma.az
close
up
RU
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir EKSPERT

Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir EKSPERT

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Sərt tənzimləmə VPN riskini və bloklama dalğasını artıra bilər

16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsinə məhdudiyyət təklif edilir. Bu barədə Milli Məclisin deputatı Zahid Oruc danışıb. O qeyd edib ki, uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən tarixi bir qanun layihəsinin həm parlamentarilər, dövlət və hökumət təmsilçiləri, həm də media idarəçiləri və müvafiq təhsil - səhiyyə orqanları ilə birlikdə müzakirəsi təqdirəlayiq hadisədir:

“Dünyada texnoloji inkişaf ən yüksək həddədir və rəqəmsal məkan fiziki reallığı əvəzləyib. Sosial şəbəkə platformaları alternativ yox, gerçək həyatın özüdür, fərqli dəyərlər sistemi aşılayır, bəzən isə həm böyükləri, həm də uşaqları qurbana çevirir. Rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimləməsi dünya ölkələrindəki təcrübə ilə tanışlığı tələb edir. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir. Deputat qeyd edib ki, layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrikedici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır: "Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir. Övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur. Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar.

Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında Prezident İlham Əliyevin cari ilin fevral ayında imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması haqqında” Sərəncamı xatırlatdı: 

- Son illərdə sosial platformaların xüsusən uşaqlar və yeniyetmələr üçün real təhlükə mənbəyinə çevrildiyi bir dövrdə bu Sərəncam təhlükəsizlik səddi yaratdı. Bu o demək idi ki, uşaqların sosial şəbəkə alqoritmlərini aldatdığı dövr sona çatır artıq. Bu sənəd rəqəmsal ekosistemimizdə, xüsusən də 20 yaşı olan sosial media mühitimizdə yeni dövrün başlanğıcı hesab olunur. Sənəddə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi və normativ aktların hazırlanması tapşırığı verilirdi. İndiyə qədər Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti daha çox "formal bir prosedur" olub. Sosial şəbəkələr öz daxili qaydalarında "minimum 13 yaş" yazsa da, qeydiyyat zamanı doğum tarixini dəyişmək kifayət idi. Uşaqlar öz yaşlarını özləri təyin edirdi və bu, onların zərərli kontentlərlə qarşılaşmasının əsas səbəbi idi. İndi isə görünən odur ki, dövlət bu boşluğu bağlamağa iddialıdır. Düşünürəm ki, uşaqların rəqəmsal mühitdə qorunması, həm də dünyada gedən proseslər baxımından rəqəmsal suverenliyin təmin edilməsi baxımından doğru və məntiqli yanaşmadır. Sosial şəbəkəyə giriş edən şəxsin yaş həddinin müəyyən edilməsi, yoxlanması üçün dünyada artıq bir neçə effektiv, lakin özünəməxsus çətinlikləri olan modellər var. Süni İntellekt əsaslı yaş təxmini modeli var, burada platformalar istifadəçinin üz cizgilərini, davranışlarını və danışıq tərzini analiz edərək yaşını təxmin edən modellərdən istifadə edə bilər. Bu yol da məxfilik baxımından suallar, risklər yaradır. İkinci yol, dövlətə məxsus identifikasiya sistemi ilə inteqrasiyadır. Yəni sosial resurslar lokal identifikasiya sistemlərinə inteqarsiya imkanı yaratmalıdırlar. Bu, daha ağlabatan yoldur, lakin qlobal şəbəkələrin, dünyanı idarə edənlərin yerli dövlət bazaları ilə məlumat mübadiləsinə razı olub-olmaması da güman ki müzakirə mövzusu ola biləcək. Eyni zamanda identifikasiya üçün şəbəkəyə daxil olan avadanlıqlarda valideyn nəzarəti, "Parental control"un aktivləşdirilməsi tələbi də variantlardan biri ola bilər. Bu məsələdə nəzərə almalı olduğumuz risklər də var. Azərbaycan bazarı qlobal platformalar üçün çox böyük gəlir mənbəyi deyil. Bizim bazardan onlara elə də böyük pullar getmir. Əgər tənzimləmələr onların standart biznes modellərini ciddi şəkildə pozarsa, platformalar texniki əməkdaşlıqdan boyun qaçıra və ya hətta bəzi xidmətlərini məhdudlaşdıra bilər. Həm də başqa risklər də qaçılmaz ola bilər. Platformalar konservativ əsaslı əməkdaşlıqdan imtina edərsə hökumətin də cavab olaraq sərt bloklaması uşaqların VPN istifadəsini kütləviləşdirə bilər. Bu isə rəsmi nəzarəti tamamilə itirmək deməkdir. Eyni zamanda bu məsələdə ifrat tənzimləmə uşaqların rəqəmsal bacarıqlarını zəiflədə bilər, yaradıcılıq və təşəbbüskarlıq imkanları azala bilər və digər ölkələrdəki həmyaşıdlarla rəqabəti də zəifləyə bilər. Bunları nəzərə alaraq hedab edirəm ki, bu qaydaları reallaşdırmaq üçün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələr keçirilib ortaq, Azərbaycan maraqlarına cavab verən yol tapılmalıdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see299

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see266

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see263

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see262

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see252

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see250

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see246

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see245

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see243

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see227

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see221

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see220

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see209

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see206

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see206

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see205

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see202

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see188

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see186

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri