Sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb? Bu məlumatı yaymaqla... AÇIQLAMA
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə vətəndaşlara xəbərdarlıq edən paylaşımlar yayılıb. İddia olunub ki, bəzi şəxslər peyvəndə görə zəng edərək dələduzluğa yol verirlər. Onlar vətəndaşlardan “peyvənd olunmusunuzsa, “1” düyməsinə basın” deyir, ardınca telefon bloka düşür və məlumatlar oğurlanır.
Ölkə.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən texnobloger Fərid Pərdəşünas deyib ki, sözügedən məlumat həqiqəti əks etdirmir:
“Hazırda belə bir hücum növü yoxdur və texniki cəhətdən zəng vasitəsilə smartfona müdaxilə olunmur. Bu məlumatı yaymaq vətəndaşlarda panika və şübhə yaratmaq, bank hesablarında olan vəsaitləri tez bir zamanda nağdlaşdırmağa sövq etmək məqsədini güdür”.
Texnobloger vətəndaşlara da müraciət edib:
“Vətəndaşlardan yalnız rəsmi və sahənin mütəxəssisləri tərəfindən yayılan xəbərdarlıqlara diqqət etmələrini xahiş edirik!”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Noyabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















