Icma.az
close
up
RU
Sosial şəbəkələrdəki saxta və “ideal” həyat gənclərdə özgüvənsizlik yaradır

Sosial şəbəkələrdəki saxta və “ideal” həyat gənclərdə özgüvənsizlik yaradır

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər gənclər arasında panik atak, stress və müxtəlif psixoloji gərginlik halları daha çox müşahidə olunur. Mütəxəssislər bunu sosial şəbəkələrin təsiri, gələcək qorxusu, işsizlik, təhsil təzyiqi və sürətli həyat tərzi ilə əlaqələndirirlər. Bir çox hallarda isə gənclər psixoloji problemlərini gizlətməyə çalışır və vaxtında dəstək almırlar.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında qeyd edib ki, gənclər arasında panik atak və psixoloji gərginliyin artmasının əsas səbəblərindən biri qeyri-sağlam və nizamsız həyat tərzidir:

“Gündəlik rejimin olmaması, yuxusuzluq, fiziki hərəkətsizlik, qeyri-düzgün qidalanma və davamlı stress psixi sağlamlığı zəiflədir. Maddə və qeyri-maddə asılılıqlar artıq ciddi problemə çevrilib. Xüsusilə oyun asılılığı və sosial şəbəkələrdə saatlarla vaxt keçirmək gənclərin emosional vəziyyətini pozur. Bir çox gəncin həyatı tamamilə rəqəmsal mühit üzərində qurulub. Virtual aləmdə yaşayan insanın real həyatla sağlam əlaqəsi zəifləyir. Sosial münasibətlər azalır, ünsiyyət bacarıqları zəifləyir, tənhalıq və narazılıq hissi artır. Sosial şəbəkələrdə təqdim olunan saxta və “ideal” həyat görüntüləri gənclərdə özgüvənsizlik, özünü başqaları ilə müqayisə etmə və daimi narahatlıq yaradır”. 
O deyib ki, reallıq getdikcə illüziyalarla əvəz olunur:
“Gələcək qorxusu, işsizlik, təhsil təzyiqi və sürətli həyat ritmi insan psixikasını davamlı gərgin vəziyyətdə saxlayır. Beyin fasiləsiz informasiya axını qarşısında yorulur. Nəticədə panik atak, təşviş, emosional tükənmişlik və depressiv hallar artır. Düşüncə və davranışlarda qeyri-adekvat dəyişikliklər müşahidə olunursa, bunu gizlətmək yox, vaxtında psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır. Problemi görməzlikdən gəlmək vəziyyəti daha da ağırlaşdırır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri