Icma.az
close
up
RU
Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

22 sentyabr 2025-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzində “Müasir Azərbaycan ictimai fikrinin istiqamətləri, problemləri və tendensiyaları” mövzusunda müzakirə və təqdimat keçirilib.

525.az xəbər verir ki, toplantı çərçivəsində türkologiya üzrə tanınmış alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üç cildlik kitablarının təqdimatı da təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, burada əsas məqsəd Azərbaycanın müasir ictimai fikir məkanında aktuallıq kəsb edən problemləri və perspektivləri müzakirə etmək, eyni zamanda türkoloq alim Faiq Ələkbərlinin üç cildlik kitabının təqdimatıdır.Daha sonra tədbirdə iştirak edən millət vəkilləri, elm adamları, ictimai xadimlər, media nümayəndələri, bu sahəyə maraq göstərən digər şəxslər öz fikirlərini bildirərək, müasir Azərbaycan ictimai fikrinin inkişaf dinamikası, mövcud çağırışlar və gələcək istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

Dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru və hal-hazırda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsi Həsən Həsənov çıxışında bildirib ki, həm mövzu aktualdır, həm də Faiq Ələkbərlinin kitabları biu istiqamətdə Azərbaycan elminə, fəlsəfəsinə mühüm töhfədir. Onun fikrincə, üç cildlik kitabın “Azərbaycan Türk fəlsəfəsi” adlandlırılması müəyyən qədər mübahisəli olsa da, bütövlükdə Azərbaycan xalqının əsas tarixinin, mədəniyyətinin, fəlsəfəsinin Türk etnosu ilə bağlı olması da şübhəsizdir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirib ki, kitabın adı onun üçün də mübahisəlidir və institutda keçirilən tədbirlərdə bu ifadə olunub. Eyni zamanda, kitablarda materializmin araşdırılması çox azdır və orada daha çox milli idealist ruh öz əksini tapmışdır. İ.Məmmədzadə bildirib ki, bütün hallarda kitab olduqca böyük zəhmət hesabına başa gəlib. Kitablarda maraqlı və yeni məqamlar çoxdur, müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir. Onun fikrincə, F.Ələkbərli ona tutlan iradları nəzərə alaraq əsərlərini daha da dərinləşdirməli, fəlsəfi yükünü artırmalıdır.

Azərbaycanın xalq şairi, filologiya elmləri doktoru, “Şöhrət” ordenli Sabir Rüstəmxanlı çıxışnda Faiq Ələkbərlini kitablarının nəşri ilə bağlı təbrik edərək, ona yaradıcılığında uğurlar arzulayıb. S.Rüstəmxanlı həmçinin qeyd edib ki, bu kitabların nəşri eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutunun uğurudur. O, bildirib ki Faiq Ələkbərlinin üç cildlik kitabının “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması isə təbiidir və müəllif öz dəsti-xəttini davam etdirməlidir.

Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib ki, Faiq Ələkbərlinin 3 cildliyi milli birliyimizi, bütövlüyümüzü ifadə etmək Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir. Çünki dövlət başçımız, prezidentimiz İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir. Ona görə də, bu institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da tam uyğundur.

Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova isə bildirdi ki, hazırda Türk xalqlarının fəlsəfəsini öyrənmək və təbliğ etmək çox vacibdir. Onun fikrincə, bu baxımdan Faiq Ələkbərlinin kitabları Azərbaycan fəlsəfəsini, o cümlədən Türk xalqlarının fəlsəfəsini öyrənmək üçün əhəmiyyətlidir.

Millət vəkili, ilhaiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov isə bildirib ki, bütövlükdə Faiq Ələkbərlinin yaradıcılığı azərbaycançılıq və türkçülük əsasına köklənib. Onun fikrincə, üç cildliyin “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması bir qədər mübahisəli olsa da, bu müəllifin əməyini azalda bilməz. Sadəcə, kitabda azərbaycançılıq məsələsinin öz əksini daha çox tapması arzu ediləndir.

Millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova çıxışında bildirib ki, Faiq Ələkbərlinin üç çildlik “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabları ilə əsasən tanışlıq onun yeni elmi üslübda işləməsindən xəbər verir. Onun fikrincə, F.Ələkbərli kitablarında bir çox elmi problemlərə dəqiqlik gətirmiş və ən əsası yeni və milli ruhda kitablarını cəmiyyətə təqdim etmişdir. Eyni zamanda, Azərbaycan fəlsəfəsini, mədəniyyətini, tarixini və onun mütəfəkkirlərini bir bütöv halda, yəni cənubi-şimallı bir yetdə qələmə almışdır.

Millət vəkili Sevinc Hüseynova isə çıxışında bildirib ki, Faiq Ələkbərlinin belə bir əsəri yazması olduqca vacibdir. Onun fikrincə, milli ideologiyanın və milli məsələlərin aktual olduğu dövrdə bu kimi kitabların ərsəyə gəlməsi böyük bir töhfədir.

Üçcildliyin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli bildirib ki, Faiq Ələkbərlinin üçcildlik kitabı XIX-XX əsrlərdə yaşamış Azərbaycan mütəfəkkirləri haqqında ensiklopedik bir külliyyatdır. Kitabların ruhu ondan ibartətdir ki, bütün mütəfəkkirlər bütöv Azərbaycan Türk identikliyi formasında verilib. Yəni nüəllif Azərbaycan Türk mütəfəkkirlərini yalnız Quzey Azərbaycan xalqının deyil, bütöv Azərbaycan xalqının aydınları şəkilində araşdırıb. Kitabın “Azərbaycan Türk fəlsəfəsi” adlandırlması müəyyən qədər mübahisəli görünsə də, ancaq 20-ci əsrin əvvəllərində bu adla bir çox əsərlər qələmə alınmışdır (M.B.Məmmədzadənin “Azərbaycan Türk mətbuatı”, “Azərbaycan Türk Albaniya tarixi”, Üzeyir Hacıbəylinin həmmüəllif olduğu “Azərbaycan Türk nəğmələri” və b.).

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) Həmkarlar İttifaqı Hərəkatı və sosial fənlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aygün Məmmədova isə bildirdi ki, o, 1990-cı illərdə Faiq Ələkbərlinin BDU-da fəlsəfə müəllimi olub. Onun fikrincə, F.Ələkbərlinin kitabları nəinki elm adamları, müəllimlər, mütəxəssislər, o cümlədən tələbələr üçün də olduqca əhəmiyyətlidir.

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov isə çıxışında bildirdi ki, Faiq Ələkbərlinin Azərbaycan ictimai-fəlsəfi fikrinə yanaşmaları özünəməxsusdur və buna hörmətlə yanaşmaq lazımdır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov isə bildirib ki, kitabların elmi redaktorlarından biri kimi, bu üç cildliyin ərsəyə gələməsi onun gözlərinin qabağında baş vermişdir.

Politoloq Samir Hümbətov isə hesab etmişdir ki, F.Ələkbərlinin kitablarının dərs vəsaiti kimi universitet və məktəblərdə tədris olunması milli təhlükəsizlik baxımından çox əhəməyyətli olar.

Sonda “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər” adlı üç cildlik əsərinin müəllifi F.Ələkbərli bildirib ki, kitabın “Azərbaycan Türk fəlsəfəsi” adlandırılması bir yenilik deyil, buna bənzər adlar 20-ci əsrin əvvllərində də olmuşdur. Onun fikrincə, burada əsas məqsəd Azərbaycanlığın və Türklüyün bir-birinə bağlılığını ortaya qoymaqdır. Çünki tarixən də Türk xalqları ədalətli, humanist olmuş, həmişə digər xalqlarla əmin-amanlıq içində yaşamışlar. Müəllif, kitablarda materialist və idealist düşüncəli Azərbaycan Türk mütəfəkkirlərinə yer verildiyini, eyni zamanda Sovet dövründə yanlış təqdim olunan bir çox məsələlərə aydınlıq gətirildiyini ifadə etmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın tək ailəsi Türk ailəsi, Türk dünyasıdır. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin də xüsusilə vurğuladığı kimi, artıq Rusiyanın 27 apreldə bir işğalçı kimi özünü apardığını hamı yaxşı dərk etməlidir. Müəllifə görə, Azərbaycan sözünün önündən artıq “Sovet Azərbaycanı”nın yerini müstəql Azərbaycan aldığını bilməliyik. O deyib ki, yeni nəsili bizlər azad, müstəqil, milli Azərbaycan ruhunda yetişdirmək üçün bu kitabları qələmə alırıq.

Qeyd edək ki, tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri, dosent Sənan Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənov, BDU-nun professoru Qulu Məhərrəmli, fəlsəfə elmləri doktoru Lalə Mövsümova, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanayeva, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Fuyuzat” jurnalının baş redaktoru Mübariz Yunuszadə, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yaqut Əliyeva, siyasi elmlər üzrə fəlsəfə doktoru Əfqan Vəliyev və digər ziyalılar, o cümlədən bir çox universitetlərin, xüsusilə də AƏSMA-nın tələbələri iştirak etmişlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri