Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 1250 dək imtiyazlı şəxs sanatoriya kurort və müalicə mərkəzlərinə yola salınıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 1250-dək imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub. Onlardan əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə həmin mərkəzlərə yola salınıblar.
Qeyd edilən imtiyazlı şəxslər respublikamızın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun fizioterapevtik müalicə kursu keçiblər.

İmtiyazlı şəxşlərdən ibarət 62 nəfər sanatoriya kurort və müalicə mərkəzlərinə yola salınıb
18 Aprel 2025 18:41
Sosial Xidmətlər Agentliyi təlim keçirib
19 May 2025 18:33
Ötən il 1311 şəxs sanatoriya kurort və müalicə mərkəzlərinə göndərilib
29 Yanvar 2025 12:40
Sosial Xidmətlər Agentliyi rəhbərliyi üçün maşın alacaq
04 Dekabr 2024 14:30
Sosial Xidmətlər Agentliyi bu il 271 repatriantla sosial reabilitasiya işi aparıb
14 Dekabr 2024 12:20

