Sosial Xidmətlər Agentliyində 100 ə yaxın tələbə təcrübə keçir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyin əməkdaşlıq etdiyi universitetlər daxil olmaqla, ümumilikdə 12 universitetdə sosial iş ixtisası üzrə təhsil alan tələbələr agentliyin müxtəlif struktur bölmələrində bu sahədə əyani biliklərə yiyələnirlər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təcrübə müddətində 100-ə yaxın tələbə sosial reabilitasiya, sosial-psixoloji, sosial-məişət xidmətləri, əlilliyi olan şəxslərin sosial müdafiəsi və s. kimi müxtəlif istiqamətlərdə praktik bacarıqlar əldə edirlər. Onlar, həmçinin müvafiq hüquqi prinsipləri öyrənərək, sosial işin yüksək standartlarına uyğun fəaliyyət göstərməyə hazırlanırlar.
Təcrübə proqramı tələbələrin sosial iş sahəsində nəzəri biliklərini praktikada tətbiq etməyə, əsl iş mühitində təcrübə qazanmağa imkan verir.
Qeyd edək ki, agentlik əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması və sosial xidmət sahəsində kadr potensialının inkişaf etdirilməsi məqsədilə Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər təhsil ocaqları ilə memorandum çərçivəsində qarşılıqlı əməkdaşlıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 May 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















