Icma.az
close
up
RU
Sosioloq: Dördgünlük iş rejimində işçilər az stres yaşayır, daha məhsuldar olurlar

Sosioloq: Dördgünlük iş rejimində işçilər az stres yaşayır, daha məhsuldar olurlar

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"dördgünlük iş həftəsi" ideyası müasir kapitalizm dünyasındakı "daha çox işləmək, daha az qazanmaq, daha az yaşamaq, daha az sosiallaşmaq” paradiqmasına qarşı çıxan nadir sağlam və konstruktiv ideyalardan biridir


"4 Day Week Global" beynəlxalq təşkilatının alimləri müəyyən ediblər ki, maaşlar kəsilmədən dördgünlük iş həftəsinə keçid həm işçilər, həm də biznes üçün faydalıdır.

Oxu.Az-ın xəbərinə görə, araşdırmanın nəticələri "Nature Human Behavior" jurnalında dərc olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, dördgünlük iş həftəsi stres səviyyəsini əhəmiyyətli dərəcədə azaldır və işçilərin məhsuldarlığını artırır. Eyni zamanda şirkətin gəlirləri də artır.

Yeni iş qrafikinin effektivliyi 33 şirkətin iştirak etdiyi araşdırmanın birinci mərhələsindən sonra təsdiqlənib. Araşdırmada iştirak edən təşkilatların heç biri həftədə dörd gün işləməyin əleyhinə olduğunu bildirməyib.


Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, "dördgünlük iş həftəsi" ideyası müasir kapitalizm dünyasındakı "daha çox işləmək, daha az qazanmaq, daha az yaşamaq, daha az sosiallaşmaq” paradiqmasına qarşı çıxan nadir sağlam və konstruktiv ideyalardan biridir:


“Araşdırmalar da göstərir ki, bu model yalnız əmək bazarındakı iş fromasını dəyişmir, həm də insanların şəxsi həyatlarına olan münasibətini yenidən qurmağa imkan verir. İşçilər daha az stres yaşayır, gördükləri işə daha yaxşı fokuslanır və təəccüblü deyil ki, daha məhsuldar olurlar. Bu model Azərbaycanda işləyərmi? İşləyər! Sürətlə dəyişən sosial strukturlar, adətən, fərdləri əvvəlki sosial nizamdan çıxardığı üçün onları yeni nizama adaptasiya olunana qədər bir boşluq hissi içinə sala bilirlər. Dördgünlük iş rejimi də belə bir keçid yarada bilər - ilkin mərhələdə qarışıqlıq, boşluq, amma sonrakı mərhələdə daha dayanıqlı fərdi həyat və sosial münasibətlər. Ailə münasibətləri baxımından bu model doğru həyata keçirilərsə, olduqca faydalı ola bilər. Hətta ailə üzvləri arasında ünsiyyət və emosional bağlılığı gücləndirə bilər. Ən azından, bir çox valideynin evə yalnız yatmaq üçün gəlməsi "ənənəsi" dəyişər və ata-ana öz övladını yalnız yuxuya getməzdən əvvəl qısa müddətlik görə bilən məhkumlara çevrilməz. Sosial münasibətlər də daha spontan və keyfiyyətli olar. İnsanlar yalnız “vaxt tapanda” yox, vaxtları olduqları üçün sosiallaşmağa başlayarlar.  Burada əsas diqqət yetirilməli məqam budur ki, bu transformasiya sadəcə qanunvericilik müstəvisində yox, mentalitet, idarəetmə metodu və ənənələri, cəmiyyətdəki iş və sosiallaşma mədəniyyəti müstəvilərində də baş verməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri