Icma.az
close
up
RU
Sovet avtomobillərinin “acgözlüyünün” texniki və iqtisadi SƏBƏBLƏRİ FOTO

Sovet avtomobillərinin “acgözlüyünün” texniki və iqtisadi SƏBƏBLƏRİ FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Sovet ittifaqının süqutundan 30 ildən çox keçsə də, həmin dövrdə istehsal olunmuş avtomobillər bu gün də istismar edilir.

70-ci illərdə layihələndirilmiş avtomobillər Rusiya 2010-cu illərədək kütləvi istehsal edilib. Niva və benzin mühərrikli PAZ avtobuslar bu gün də konveyer ömrünü davam etdirir. Kənd təsərrüfatı texnikasında isə yalnız kosmetik dəyişiklik aparılıb.

Avtosfer.az xəbər verir ki, sovet avtomobili istismar edən hər bir sürücü bu texnikanın yanacağı qənaətsiz işlətməsindən xəbərdardır.

Məsələn, hamının tanıdığı ZİL-in yanacaq sərfi 40 litrə çatırdı. V8 benzin mühərrikə malik yüksək keçidli Ural-375 isə yolsuzluq şəraitində hər 100 kilometrə 90 litrədək Ai-92 benzin sərf edirdi. Bu gün üçün belə sərfiyyata heç oliqarxlar da dözməz. Bəs belə yüksək sərfiyyata səbəb nə idi?

Əvvəla, sovet mühərrikləri 1950-60-cı illərin konstruksiyasına əsaslanırdı. Avtomobillərdə injektor, turbokompressor, elektron idarəetmə yox dərəcəsində idi. Başlıca tələb bu idi ki, konstruksiya sadə olsun.

Çünki dünyanın ən böyük ölkəsində ucqarlarda servis anlayışı yox idi. Elə etmək lazım idi ki, hamı maşını qaraj olmadan təmir edə bilsin.

Dəqiq nizamlama olmadığı üçün yanacaq da tam yanmırdı (əslində bunun faydalı tərəfi də var, amma başqa söhbətin mövzusudur). Uzun porşenlər və ağır dirsəkli val böyük dövrdə qənaətlə işləməyə imkan vermirdi. Beləliklə, güc və faydalı iş əmsalı azalır, sərfiyyat artır. 

Bundan başqa, sadə konstruksiya aşağı keyfiyyətli yanacaqla işləməyə imkan verirdi. Yük və yolsuzluq avtomobillərində əsas tələb bu idi ki, hər yerə getmək mümkün olsun.

Yüksək yanacaq sərfiyyatının ən başlıca səbəbi isə texniki deyil, iqtisadi idi. Ölkədə benzin bir neçə qəpik idi və benzin sərfiyyatı heç kimin cibinə zərbə vurmurdu. Konstruktorları da bir neçə litr əlavə yanacaq sərfiyyatı maraqlandırmırdı.

Üstəgəl, yük avtomobili və avtobus sürücüsü benzinə pul vermirdi. Bu texnikanın yanacağını müəssisə və təşkilatların timsalında dövlət təmin edirdi.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 May 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri