Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Saçların tökülməsinin səbəbləri FOTO

Saçların tökülməsinin səbəbləri FOTO

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Trixologiya - saç və baş dərisinin problemləri ilə məşğul olan, eyni zamanda tibb elminin ən gənc sahələrindən biridir.

Əvvəllər saç problemləri ilə yalnız dermatoloqlar (dəri həkimləri) məşğul olurdu. Son zamanlar insanlar öz zahiri görkəmlərinə daha dərindən diqqət yetirdiklərindən saç problemləri ilə daha dərindən məşğul olan mütəxəssislərə ehtiyac yarandı. Çünki saç problemlərinin kökü tək dəri ilə kifayətlənməyib, endokrinologiya, nevrologiya, immunologiya, hematologiya və s. tibb sahələri ilə sıx əlaqəlidir.

Trixoloqa müraciət edən pasiyent əvvəl diqqətlə dinlənilir, sonra onun saçlarının vəziyyəti trixoskopiya, trixometriya, fototrixoqramma kimi diaqnostik metodlarla  müayinə edilir, ehtiyac olduqda ona başqa laborator müayinələr də təyin olunur. Fototrixoqramma müasir dövrdə ən unikal diaqnostika metodu sayılır. Fototrixoqrammanın vasitəsilə saçlara dəqiq diaqnoz qoymaqla yanaşı, həm də saçların müalicədən əvvəlki ve sonraki vəziyyətini müqayisə etmək mümkündür.

Ən çox rast gəlinən problem saç tökülməsi olduğundan bu barədə geniş danışmağı lazım bilirəm.

Saç tökülmələri, əsasən, androgenetik, diffuz və ocaqlı olmaqla 3 yerə bölünür.

1. Ən çox rast gəlinən problem androgenetik saç tökülməsidir ki, bu zaman kişi hormonu olan dehidrotestosteronun təsiri altında saçların tökülməsi baş verir və tökülmüş saçlar diffuz saç tökülmələrindən fərqli olaraq bərpa olunmur. Belə saç tökülməsinə həm kişilərdə, həm də qadınlarda rast gəlinir.

Belə hallarda trixoloqların məsləhətlərinə riayət edərək saçları nisbətən qoruyub saxlamaq mümkündür.

2. Diffuz saç tökülmələri müxtəlif səbəblərdən əmələ gələ bilər. Ən çox hallarda qadınlarda təsadüf edilir. Səbəblər müxtəlif ola bilər:

- Stress mənşəli saç tökülmələri

Ümumiyyətlə stress bütün orqanizmə və, o cümlədən, saçlara mənfi təsir edir. İstər kəskin və ya xroniki depressiya, istər ciddi psixonevroloji xəstəlik, istərsə də daimi gərginlik vəziyyəti saçlara stress kimi təsir gostərir. Məsələ burasındadır ki, stress zamanı sinir liflərinin uclarından bioloji aktiv maddələr olan noradrenalin, asetilxolin dofamin və s. ifraz olunur. Saç follikulları ise çox güclü innervasiyaya malik olduqlarından mərkəzi sinir sisteminə təsir edən faktorlara qarşı çox həssasdırlar. Saç follikulları ətrafında bu maddələr toplanaraq perifollikulyar iltihaba, follikul hüceyrələri ətrafina immun hüceyrələrin toplanmasına səbəb olur ki, onların da saç follikullarının hüceyrələrinə təsiri saç tökülməsinə, saç inkişafının ləngiməsinə və ya ümumiyyətlə dayanmasına səbəb olur. Bəzən belə hallara rast gəlirik - xanımın stress səbəbi ilə saçları tökülür, saç tökülməsi isə daha agır stresə səbəb olur.

- Diyeta və balanslaşdırılmamış qidalanma

Diyeta və balanslaşdırılmamış qidalanma da saç tökülməsinə səbəb olur. Siz diyetaya oturduqda və ya bir neçə kg-dan yaxa qurtarmaq üçün ac qaldıqda orqanizm mineral, vitamin və basqa həyati vacib maddələrin defisitini hiss edir. Bu defisit vəziyyəti çox vaxt güclü saç tökülmələrinə gətirib çıxarır. Çünki ekstremal vəziyyət yarandıqda orqanizm lazımi maddələrlə ən həyati vacib orqanları təmin etməyə çalışır. Belə vəziyyətdə saç orqanizm üçün arxa plana keçir. Ona görə də saç tökülməsi ilə mübarizənin əsas şərti  düzgün qidalanmanın tətbiq edilməsidir.

- Doğuşdan sonrakı dövr

Doguşdan 3-4 ay sonra qadınlarda güclü saç tökülməsi başlayır. Xalq arasında deyirlər:  "uşaq ananın üzünə güləndə, ananın saçı tökülür". Əslində bunun "uşağın gülməsi" ilə heç bir əlaqəsi yoxdur. Hamiləlik zamanı yüksək miqdarda olan hormonlar saçlara gözəl təsir edir. Doğuşdan sonra hormonlar azalmaga başlayır, saçlara olan təsir isə 3 ay çəkir. Bu isə uşağın gülməsi ilə eyni vaxta düşür. Əgər bu dövrdə qadında hər hansı qidalı maddələrinin defisiti, stress vəziyyəti və s. yaranarsa, sağlamlıq problemləri əmələ gələrsə, bu proses daha uzun çəkər və saçların bərpası üçün mütəxəssisə müraciət etmək lazım gələr.

- Hormonal pozulmalar

Muxtəlif hormonal pozulmalar da saç tökülməsinə səbəb olur. Cinsi yetişkənlik  dövründə, menopauza dövründə saçlar tökülməyə meyilli olur.

- Bəzi dərman preparatlarının qəbulu

Bəzi dərmanların (qıcolma əleyhinə, antidepressantlar, neyroleptiklər və s.) uzun müddət ərzində qəbulu reaktiv saç tökülmələrinə səbəb ola bilər.

Həmçinin saçlara düzgün qulluğun edilməməsi, kimyəvi boyaların tez-tez istifadəsi, kimyəvi burulmalar və s. saçların keyfiyyətini pisləşdirərək tökülməyə səbəb ola bilər.

3. Ocaqlı allopesiya isə əsasən autoimmun bir prosesdir. İnsanın öz immun sistemi saç follikullarını "yad cism" kimi qəbul edərək onları məhv etməyə başlayır. Saçların ocaqlı tökülməsi bir dəfədən artıq təkrarlanarsa, pasiyentə xüsusi müayinələr təyin olunur ki, bunun dəqiq səbəbi araşdırılsın.

Dr. Gültəkin Abdullayeva,

həkim-trixoloq

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri