Sovet Azərbaycanında yol hərəkəti təhlükəsizliyinə dair təbliğat FOTO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan SSR-də avtomobil digər “qardaş respublikalarla” müqayisədə az idi. Buna baxmayaraq, hər bir rayonda yük avtomobilləri, xüsusi texnika və avtobuslardan ibarət avtobazalar mövcud idi.
Avtosfer.az xəbər verir ki, sovet vaxtında yol hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat işi aparılırdı. Təbii ki, 50 il əvvəlki təbliğat indikindən fərqlənirdi: internet yox idi, televiziyanın imkanları aşağı səviyyədə idi. Buna görə də 1 səmərəli üsul qalırdı: plakatlardan istifadə, yəni müxtəlif rəsmlərlə sürücüləri və digər yol hərəkəti iştirakçılarını islah etmək.
Bu plakatlara əsasən avtobazaların ərazisində və DAM-ın (Dövlət Avtomobil Müfəttişliyi, danışıqda QAİ – indiki DYP-nin analoqu) rast gəlmək olurdu. Digər məzmunlu plakatlar isə məktəblərdə, böyük müəssisələrdə yerləşdirilirdi. Məqsəd bir idi: sürücü və piyadaları qayda pozuntularından çəkindirmək.
Gənc nəslə mənsub olan oxucu belə bir haqlı sual verə bilər: Azərbaycan SSR-də dövlət dili azərbaycanca olduğu halda, nə üçün bütün plakatlar ruscadır?
Cavab aydındır: SSRİ-də bütün təşkilat və sənaye müəssisələri üçün hansısa qrafika, çertyoj, hətta karikatura da ittifaqın hansısa təşkilatında hazırlanır. Bütün Sovet İttifaqı üçün nəzərdə tutulmuş bu təbliğat məhsulları (agitprop) bir və ya iki mətbəədə milyonlarla nüsxədə çap edilərək respublikalar arasında bölüşdürülürdü. Eyni plakata Ağdaşdakı avtobazada da rast gəlmək mümkün idi, Tallindəki peşə məktəbində də.
PS. Sovet dövrünün sürücülərinin dediyinə görə o dövrdə sərxoş halda idarəetmə daha asan idi. Yollarda nəzarət az idi, taksi və yük avtomobillərini isə nadir hallarda yoxlayırdılar.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 06 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















