Icma.az
close
up
RU
“Sovet binalarına” niyə ipoteka verilmir?

“Sovet binalarına” niyə ipoteka verilmir?

Icma.az, Azpost saytına istinadən bildirir.

Mərkəzi Bankın rəsmisi bankların köhnə binalara nə üçün ipoteka krediti verməməsi ilə bağlı suala aydınlıq gətirib.

Baş direktor Şahin Mahmudzadə mətbuat konfransında deyib ki, kredit verilərkən binanın ortalama istismar müddəti nəzərə alınır. Onun sözlərinə görə, əgər bu, köhnə binadırsa, ipotekanın bitmə müddəti və binanın istismar müddətinin bitməsi nəzərə alınır. Kreditin bitmə müddəti istismar müddətini keçməməlidir.

Məsələn, binanın 70 yaşı var, kredit də 25-30 illik verilir. “Ona görə də kreditin bitmə müddəti istismar müddətini keçməməlidir”, – Mahmudzadə vurğulayıb.

Bu məsələ uzun illərdir ki, müzakirə olunur. Mərkəzi Bankın baş direktorunun açıqlaması təkcə kredit siyasəti deyil, həm də Bakının yaşayış fondunun struktur problemlərini gündəmə gətirir. Ekspertlər xəbərdarlıq edir ki, bu yanaşma bazarda ciddi disbalans yarana bilər.

Köhnə fond: bazarın görünməyən dominantı

Ekspert qiymətləndirmələrinə görə, Bakıda yaşayış fondunun böyük hissəsi məhz sovet dövründə formalaşıb və bu fond bu gün də şəhərin əsas hissəsini təşkil edir. Rəsmi statistikada ayrıca kateqoriya kimi göstərilməsə də, mütəxəssislərin ümumi qənaəti belədir ki, Bakıda mənzil fondunun təxminən 50–70%-i köhnə tikililərdən ibarətdir. SSRİ dövründə (təxminən 1940–1990) Bakıda on minlərlə mənzil və minlərlə bina tikilib: Xüsusilə “xruşşovka” 5 mərtəbələr, panel 9 mərtəbələr, 60–80-ci illərin yaşayış fondları…

Azərbaycanda əhalinin 67.4%-i 1991-ci ildən əvvəl tikilmiş mənzillərdə yaşayır. Bu isə o deməkdir ki, köhnə tikililər ümumi mənzil fondunun təxminən 60–70%-ni təşkil edir. Bakıda bu faiz bir qədər aşağı ola bilər, çünki yeni tikililər daha çoxdur. Amma yenə də ekspertlərə görə ən azı 50%+ səviyyəsindədir.

Minlərlə bina sovet dövründən qalma yaşayış fonduna daxildir. Şəhərsalma üzrə ekspertlər bildirir ki, bu fond hələ uzun illər bazarın əsas hissəsi olaraq qalacaq.

Bakı üzrə mənzil bazarı şərti olaraq belə bölünür:

Yeni tikililər (2000-dən sonra) – təxminən 30–45%

Köhnə tikililər (sovet və daha əvvəl) – təxminən 55–70%

Bu fərq rayonlara görə dəyişir: Mərkəzdə (Nərimanov, Yasamal, Xətai)  köhnə fond çoxdur. Yeni inkişaf zonalarında (Xırdalan, Yeni Yasamal, Ağ Şəhər və s.)  yeni tikililər üstünlük təşkil edir.

Mərkəzi Bankın mövqeyi doğrudurmu?

Azərbaycan Mərkəzi Bankı ipoteka məhdudiyyətlərini əsasən risklərlə izah edir. Bura texniki köhnəlmə, qeyri-sabit bazar dəyəri, girov kimi zəif təminat daxildir.

Maliyyə ekspertlərini rəyinə görə, Bank üçün əsas məsələ risklərin minimuma endirilməsidir. Köhnə binaların bir hissəsi yaxın 10–20 ildə söküntü planına düşə bilər. Bu halda verilmiş ipoteka kreditləri problemli aktivə çevrilir.

Əmlak bazarı üzrə ekspertlər isə deyir ki, köhnə binalara ipoteka verilməməsi bazarın yarısını bloklayır. Onların fikrincə, bu yanaşma bazarın strukturuna uyğun deyil. Çünki Bakıda ən əlçatan mənzillər köhnə binalardadır. İpoteka bu seqmentə tətbiq olunmadıqda, faktiki olaraq bazarın yarısından çoxu kredit alətlərindən kənarda qalır. Bu isə həm alıcıları, həm də satıcıları çətin vəziyyətə salır.

Ekspertlərin fikrincə, bu zaman satış müddəti uzanır, likvidlik aşağı düşür, qiymət artımı dayanır və ya azalır.

Şəhərsalma üzrə mütəxəssislərin qənaətincə, problem təkcə maliyyə deyil. Bu ekspertlər məsələni daha geniş kontekstdə qiymətləndirir. Onlar hesab edirlər ki, köhnə binaların sıradan çıxarılması strateji baxımdan doğrudur. Amma bu proses maliyyə alətləri ilə paralel getməlidir. Əks halda, insanlar nə köhnə mənzil ala bilir, nə də yeni tikililərə çıxışı olur.

Bakı Baş Planına görə, köhnə mənzil fondu kəskin azaldılacaq. 2040-a qədər bu fondun ən azı yarısının yenilənməsi planlaşdırılır. Bu da ipotekanın niyə məhdudlaşdırıldığını daha da izah edir.

Ekspertlər deyir ki, köhnə fond birdən-birə bazardan çıxarıla bilməz. Sosial balans qorunmalı,alternativ mexanizmlər yaradılmalıdır.

 Sosial təsir: ən çox kim zərər görür?

Analitiklərə görə, ipoteka məhdudiyyəti xüsusilə aşağıdakı qruplara təsir edir: Orta və aşağı gəlirli ailələr daha ucuz mənzillərdən məhrum olur və kirayə bazarına yönəlir. Gənc ailələr üçün ilkin mənzil əldə etmək çətinləşir.

İkinci əl bazar iştirakçıları üçün alqı-satqı zəifləyir, bazar “donur”. Əvəzində yeni tikililərin güclənməsi ilə balans pozulur

İpoteka əsasən yeni tikililərə yönəldikcə tikinti şirkətlərinin bazar payı artır, qiymətlərə təzyiq yaranır, rəqabət azalır.  İqtisadçı ekspertlər hesab edir ki, ipoteka yalnız yeni tikililərə fokuslanarsa, bu, bazarda süni tələb yaradır. Nəticədə qiymətlər real bazar mexanizmlərindən daha sürətlə arta bilər.

Ekspertlər üç əsas risk ssenarisini qeyd edir: Köhnə binaların “dondurulmuş aktivə” çevrilməsi, yeni tikililərdə qiymət şişməsi, İpotekanın sosial əlçatanlığının azalması!

Çıxış yolu nədir? 

Mütəxəssislər bir neçə alternativ yanaşma təklif edir:

Köhnə binalar üçün diferensial qiymətləndirmə sistemi.

Texniki vəziyyəti qənaətbəxş olan binalara məhdud ipoteka tətbiqi.

Dövlət tərəfindən zəmanətli kredit mexanizmləri.

Yenidənqurma ilə ipotekanın inteqrasiyası.

Azərbaycan Mərkəzi Bankının yanaşması maliyyə sabitliyi baxımından əsaslı görünür. Lakin reallıq ondan ibarətdir ki, Bakının mənzil bazarının yarıdan çoxu köhnə fonda bağlıdır. Bu seqment ipotekadan kənarda qalır və nəticədə bazarda struktur disbalans riski artır.

Ekspertlərin ümumi qənaəti isə belədir ki, problem yalnız kreditlə həll olunmur. Burada şəhərsalma, sosial siyasət və maliyyə mexanizmləri paralel işləməlidir.

Sunay AYDIN

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Aprel 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri